Oruc Həsənli

Oruc Qafar oğlu Həsənli (15 avqust 1950, Əlikli, Noraşen rayonu19 iyun 2018, Bakı) — pedaqoji elmlər doktoru (2006), professor, Əməkdar elm xadimi (2014), AMEA-nın müxbir üzvü (2017), Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü.[1][2][3]

Oruc Həsənli
Həsənli Oruc Qafar oğlu
Doğum tarixi 15 avqust 1950(1950-08-15)
Doğum yeri
Vəfat tarixi 19 iyun 2018(2018-06-19) (67 yaşında)
Vəfat yeri
Milliyyəti azərbaycanlı
Elm sahəsi pedaqogika
Elmi dərəcəsi Pedaqogika üzrə elmlər doktoru
Elmi adları
İş yeri
Təhsili Azərbaycan Dövlət Pedaqoji İnstitutu
Mükafatları "Tərəqqi" medalı

Oruc Həsənli 15 avqust 1950-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Ələkli kəndində anadan olub. O, 1957-ci ildə Ələkli kənd 8 illik məktəbə daxil olub, 1966-1967-ci illərdə isə həmin rayonun İbadulla kənd orta məktəbində orta təhsilini basa vurub. Ali təhsilini 1968-1972-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində alıb.[1][2][3][4]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Oruc Həsənli əmək fəaliyyətinə 1972-1979-cu illərdə Şərur rayonunun Xanlıqlar kənd məktəbində müəllim kimi başlayıb. 1973-1974-cü illərdə hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra yenidən Xanlıqlar kənd orta məktəbində müəllim kimi isləyib. 1975-2006-cı illərdə Naxçıvan Dövlət Universitetində assistent, müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb. 2006-cı ildə Naxçıvan Dövlət Universitetinin professoru olub.[1][2][3][4]

Oruc Həsənli 1993-2008-ci illərdə "Naxçıvan" Universitetinin tədris və elmi işləri üzrə prorektoru vəzifəsində çalışıb. 2010-2018-ci illərdə Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsində çalışan alim[5][6][7], həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü olub.[1][2][3]

Oruc Həsənli Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.04.2012-ci il tarixli əmri ilə UNİCEF-in üzvü seçilib. 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olub. Üçüncü və dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilib.[4]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Oruc Həsənli 1991-ci ildə aspiranturanı bitirib. 1992-ci ildə "Diyarşünaslıq materiallarından istifadə şagirdlərin mənəvi tərbiyəsinin vasitəsi kimi" mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi, 2006-cı ildə "Şagird şəxsiyyətinin formalaşdırılmasında diyarşünaslıq materiallarından istifadənin sistemi" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək pedaqoji elmlər doktoru alimlik dərəcəsi alıb. 2017-ci ildə AMEA-nın müxbir üzvü seçilib. Rusiya Pedaqoji Sosial Elmlər Akademiyasının 2011-ci ilin yanvar ayında verilmis qərarı ilə akademiyanın həqiqi üzvü (akademik) elmi adına layiq görülüb.[1][2][3][4]

Oruc Həsənli təhsilin müasir psixoloji problemləri, o cümlədən, təhsil prosesində şagird şəxsiyyətinin formalaşdırılması, sosial psixopedaqogikada istedadlı uşaqlar, hazırkı hafizə məktəblərindən təfəkkür məktəblərinə keçid, məktəbə psixoloji xidmət və s. kimi aktual məsələləri tədqiq edib. Alimin elmi rəhbərliyi ilə 1 elmlər doktoru, 10 fəlsəfə doktoru dissertasiya işi müdafiə edilib. O, 200-dən artıq elmi əsər, o cümlədən 26 kitab və monoqrafiyanın müəllifidir.[1][2][3]

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]

1. Şagird şəxsiyyətinin formalaşdırılmasında diyarşünaslıq materiallarından istifadənin sistemi. Bakı: Elm, 2002, 312 s.

2. Ders dışı etkinlikler zamanı diyarşünaslıq materiallerini kullanmakla öğrencilerin kimlik oluşumu. Ankara: Kızılay nəşriyyatı, 2003, 138 s.

3. Sosial psixopedaqogikada istedadlı uşaqlar problemi. Bakı: Elm və təhsil, 2011, 392 s.

4. Məktəb psixoloqunun stolüstü lüğəti. Naxçıvan: Məktəb, 2013, 116 s.

5. İnsan psixologisinin sırlı dünyası: kıskanclık. Türkiyə: Hayat yayın qurupu, 2014, 104 s. (D. İbrahimoğlu ilə birgə)

6. Didaktika. Dərslik. Bakı: Elm və Təhsil, 2015, 365 s. (F. Sadiqovla birgə)

7. Tərbiyəşünaslıq. Dərslik. Bakı: Elm və təhsil, 2016, 361 s. (F. Sadiqovla birgə)

8. Depressiya. Naxçıvan: Məktəb, 2016, 92 s.

9. Məktəb psixoloqunun stolüstü kitabı. Naxçıvan: Məktəb, 2016, 300 s.

10. Təhsilə müasir psixoloji yanaşmalar. Naxçıvan , Əcəmi NPB, 2017, 416 s.

Oruc Həsənli 19 iyun 2018-ci ildə, uzun sürən xəstəlikdən sonra 67 yaşında vəfat edib.[2][3]

Oruc Həsənli elmi və pedaqoji sahədəki xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub[8], 5 aprel 2014-cü il tarixli Sərəncamı ilə isə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb[9]. Alim, həmçinin ümummilli lider Heydər Əliyevin 90 illiyi ilə əlaqədar buraxılmış "Xatirə" qızıl medalı ilə təltif olunub.[1][2][3][4]

  1. 1 2 3 4 5 6 7 "Həsənli Oruc Qafar oğlu". science.gov.az. 2023-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-09.
  2. 1 2 3 4 5 6 7 8 "Oruc Həsənli". www.nkpi.az. 2022-02-14. 2022-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.04.2024.
  3. 1 2 3 4 5 6 7 8 "Oruc Həsənli" (PDF). adpu.edu.az. 19.11.2021. 2024-03-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18.03.2021.
  4. 1 2 3 4 5 "Həsənli Oruc Qafar oğlu – Naxçıvan Müəllimlər İnstitutu" (türk). 2023-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-09.
  5. "O.Q.Həsənlinin Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). İstifadə tarixi: 2024-04-09.
  6. "O". www.anl.az. 2024-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-09.
  7. "AZƏRBAYCAN MÜƏLLİMİ". www.muallim.edu.az. 2017-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-09.
  8. "Azərbaycan Respublikasınm təhsil işçilərinin "Tə-rəqqi" medalı ilə təltif edilməsi haqqında". frameworks.e-qanun.az. 2024-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-09.
  9. "Naxçıvan Muxtar Respublikasının sosial və iqtisadi inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". azertag.az. 08.04.2014. 2024-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.04.2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]