Orxan Çələbi və ya Şahzadə Orxan (1412 – 29 may 1453, Konstantinopol) — bacısı Sultan Fatma xanımla birlikdə Bizans imperiyasına girov olaraq göndərilən beşinci Osmanlı Sultanı I Mehmedin (Çələbi Mehmet) böyük qardaşı və Qasım Çələbinin oğludur.[1] Onun Əli şah, Cihan şah, Vəli Xan və Buğa Xan adlı dörd oğlu var idi. O İstanbulun fəthi zamanı keşiş paltarı geyinərək Konstantinopol şəhərindən qaçmağa çalışarkən Osmanlılar tərəfindən tutularaq edam cəzasına məhkum edilmişdir.[1]
Orxan Çələbi | |
---|---|
Doğum tarixi | 1412 |
Vəfat tarixi | 29 may 1453 |
Vəfat yeri | |
Vəfat səbəbi | başın kəsilməsi |
Fəaliyyəti | siyasətçi |
Bizans İmperatorluğu mütəmadi olaraq Orxan Çələbini Anadoluya göndərməklə əhalini Osmanlı imperiyasının əleyhinə üsyana qaldıracağı ilə hədələyir və bunu etməmək müqabilində Osmanlıdan xərac alırdı. Fateh Sultan Məhəmməd hakimiyyət başına gəldikdən sonra bu xəracı verməkdən imtina etmişdir. Orxan Çələbi, İstanbulun II Məhəmməd tərəfindən mühasirəyə alınması zamanı 600 əsgəri ilə şəhərin Osmanlılara qarşı müdafiəsində iştirak etmişdir. O, adamlarını Yeddiqüllənin dənizkənarı divarlarına və Yeniqapıya doğru uzanmış olan qala divarları silsiləsində yerləşdirmişdir.[2][3]
İstanbulun fəthindən sonra Şahzadə Orhan rahib kimi geyinərək şəhəri tərk etmək istəyərkən Osmanlı əsgərləri tərəfindən tutularaq edam edilmişdir.
Əmir Süleyman Çələbinin oğlu olan və 1420-ci ildə Bursada I Mehmed tərəfindən gözlərinə mil çəkilmiş olan Şahzadə Orxan Çələbi ilə[4] qarışdırılmamalıdır.