Orxan Vəliyev (tam adı Vəliyev Orxan Aydın oğlu d. 27 dekabr 1992; Moskva, Rusiya) — 2010 və 2017-ci illərdə Uşu Sando üzrə Dünya çempionu; dünyanın 57-dən artıq ölkəsində olmuş səyyah; yazıçı və iş adamı.
Orxan Vəliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Vəliyev Orxan Aydın oğlu |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Moskva, Rusiya |
Təhsili |
Vəliyev Orxan Aydın oğlu 1992-ci il dekabrın 27-sində Rusiyanın Moskva şəhərində anadan olmuşdur. Bir bacısı və bir qardaşı vardır. 1998-ci ildə Moskvada 2047 saylı orta məktəbə getmiş, 2003-cü ilədək orta təhsilini orada almışdır.
Daha sonra 2003-cü ildən Azərbaycana köçərək təhsilini burada davam etmişdir. 2007-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş, 2011-ci ildə bu fakultəni bitirdikdən sonra təhsilə olan sevgisi onu dünyanın ən məşhur universitetlərindən biri və birincisi hesab edilən Harvard Universitetinə hazırlaşmağa sövq etmişdir. 2013-2015-ci illərdə O, Harvard Universitetinin "Biznesin idarə edilməsi" fakultəsi üzrə magistr elmi dərəcəsi almışdır. Elə bu illərdə təhsili ilə bərabər səyahətçilik xobbisi daha da böyümüş, dünyanın müxtəlif ölkələrinə səyahət edərək onların tarixi və mədəniyyəti haqqında məlumatlar toplamışdır. Daha çox məşhur olmayan ölkələrin bir o qədər də tanınmamış səhərlərinə səyahət edərək orada olan həyat haqqında maraqla məlumatlar toplamışdır. Hər səyahət etdiyi ölkədə təxminən 10 gün qalaraq oranın təbiəti ilə də yaxından tanış olmuşdur.
Orxan Harvard Universitetində təhsil aldığı dönəmlərdə ABŞ-da yaşadığı dövr ərzində ölkəsini bir çox beynəlxalq görüşlərdə təmsil etmişdir. Bir müddət konsul yardımçısı kimi çalışmışdır.
Daim öz üzərində çalışan Orxan Vəliyev 2006-cı ildən Uşu Sando idmanı ilə məşğul olmuş və iki dəfə dünya çempionatlarında qızıl medal qazanmışdır.
Uşaq yaşlarından ədəbiyyata olan sevgisi ilə yazıçılıq və şairliklə də məşğul olur. Onun yazdığı bir çox şeirlərə musiqilər bəslənmişdir.
2017-ci ilin sentyabr ayında Orxan Aydın oğlunun "Mənim dünyam" adlı kitabı işiq üzü görmüşdür.