Osaka Şəhər Kanalizasiya Elmi Muzeyi (大阪市下水道科学館?) – Yaponiyanın Osaka şəhərində yerləşən kanalizasiya muzeyi.
Osaka Şəhər Kanalizasiya Elmi Muzeyi | |
---|---|
Açılış tarixi | 29 aprel 1995 |
Ölkə | |
Yerləşir | Takami[d] |
Bilet | 0 ¥ |
34°41′36″ şm. e. 135°27′44″ ş. u. | |
osaka-ssm.jp | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzey 29 aprel 1995-ci ildə[1] Osaka şəhərində müasir kanalizasiya sisteminin 100 illiyini qeyd etmək məqsədilə keçmiş Ebie kanalizasiya suları təmizləmə qurğusunun ərazisində açılmışdır.[2] Muzey 2018-ci ilin martında müvəqqəti olaraq bağlanmış, 1 aprel 2022-ci ildə yenidən açılmışdır.[3]
Osaka şəhərinin kanalizasiya sisteminə həsr olunmuş muzey Yodo çayının mənsəbinin yaxınlığında yerləşir.[2] Ümumi sahəsi 3.544 m2 təşkil edir.[1] Hər il muzey 100.000-ə yaxın ziyarətçi qəbul edir. Muzeyə giriş pulsuzdur.[2]
Muzey altı yuxarı mərtəbədən və bir yeraltı mərtəbədən ibarətdir. Birinci mərtəbədə açıq akvarium quraşdırılmışdır. Yeraltı mərtəbədə ziyarətçilər qədim kanalizasiya sistemləri haqqında məlumatlana, Osakanın "yeraltı çayına aparan ralli yarışı"nda iştirak edə və "Kanalizasiya boruları labirinti"nə dırmaşa bilirlər. Burada "Underground Explorer" attraksionu və dünyanın müxtəlif yeraltı məkanlarına (Paris metrosu və s.) aparan 4D audiovizual kapsul yerləşir.[2]
Yuxarı mərtəbələrdə suyun əhəmiyyəti və kanalizasiya sisteminin elmi əsası haqqında sərgilər yerləşir, bu mövzularda fəaliyyətlər keçirilir. Üçüncü mərtəbə tullantı sularının təmizlənməsi üçün nəzərdə tutulmuş yüksək texnologiyalara həsr olunmuşdur və burada Mayşima lil mərkəzi yerləşir. Ziyarətçilər bu mərtəbədə su və kanalizasiya kitabxanasına baş çəkirlər, kanalizasiya haqqında kvizlər həll edirlər.[2]
Dördüncü mərtəbə suyun axıdılması mexanikasına həsr olunmuşdur. Burada müxtəlif intenstivlikli yağış simulyasiyaları, fırtına zamanı şəhəri qorumaq üçün kanalizasiyaya qulluq videooyunu və Osakanın kanalizasiya sistemini kəşf etməyə kömək edən interaktiv sərgi yerləşir. Burada ziyarətçilər nəhəng tualetin içinə girə bilirlər.[2]
Beşinci mərtəbədə "Su möcüzlər ölkəsi" adlı hissə yerləşir. Burada suyun xüsusiyyətləri və su ilə ətraf mühit arasındakı qarşılıqlı əlaqə haqqında məlumatlar verilir. Bu mərtəbədə yerləşən "Su teatrı"nda 12 dəqiqəlik 3D film nümayiş etdirilir. Altıncı mərtəbədə termostatik botanika bağı yerləşir. Bağdakı bananlar, pomidorlar, ananaslar, xiyarlar və digər digər bitkilər su təmizləmə prosesi zamanı əldə olunan su və ayrılan istilik ilə yetişdirilir.[2]