Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Osman Nəsrəddin oğlu Əfəndiyev (18 dekabr 1941, Birinci Şıxlı, Qazax rayonu) — Alim, fəlsəfə elmləri doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin Fəlsəfə kafedrasının professoru. Fəlsəfi-estetik proseslərin mahiyyətindən doğan səkkiz təzahür formasını ortaya çıxarmış və ilk dəfə olaraq on üç fəlsəfi anlayışa orijinal elmi tərif vermişdir. Bir çox sahələrdə özünə geniş yer almış "duyğu" və "hiss" anlayışlarının elmi səviyyələrini və məna xüsusiyyətlərini qarışdıran elmi-nəzəri duruma fərqli yanaşaraq, ilk dəfə olaraq bu anlayışların sərhəd müəyyənliyini təyin etmişdir.
Osman Əfəndiyev | |
---|---|
Milli Demokrat-İdrak Partiyasının sədri | |
5 oktyabr 1989 – 5 iyun 2023 | |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Vəzifə ləğv edildi. |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 dekabr 1941 (82 yaş) |
Doğum yeri | |
Təhsili | |
Elmi fəaliyyəti | |
Elm sahəsi | fəlsəfə |
Elmi dərəcəsi | |
Elmi adı |
Osman Əfəndiyev 1941-ci il dekabrın 18-də Qazax rayonu nun Birinci Şıxlı kəndində anadan olmuşdur. Əfəndiyevlər (Qazax) soyundandır. Birinci Şıxlı kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutuna (indiki Pedaqoji Universitet) qəbul olmuş, 1963-cü ildə buranı bitirmişdir.
1963–1970-ci illərdə Respublika Dövlət Texniki Peşə Təhsili Komitəsində məsul vəzifədə işləmişdir.
1970–1973-cü illərdə təhsilini aspiranturada davam etdirmişdir. 1973-cü ildə dissertasiya müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır.
1973-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Fəlsəfə kafedrasında müəllim, baş müəllim, dosent, professor vəzifələrində çalışır.
1978–1980-ci illərdə Moskva Dövlət Universitetinin doktorantı olmuşdur.
1995-ci ildə dissertasiya müdafiə edərək fəlsəfə elmləri doktoru alimlik dərəcəsi almışdır.
Osman Əfəndiyevin elmi tədqiqatı fəlsəfənin idrak nəzəriyyəsinə həsr olunmuşdur. O, estetik idrak kateqoriyasının sistemli tədqiqinə və bu kateqoriyanın bədii idrak sahəsinə tədbiqinə nail olmuşdur. Altmış üç fəlsəfi-estetik qanunauyğunluğu estetik idrak nəzəriyyəsinə daxil etmişdir. Fəlsəfi-estetik proseslərin mahiyyətindən doğan səkkiz təzahür formasını ortaya çıxarmış və ilk dəfə olaraq on üç fəlsəfi anlayışa orijinal elmi tərif vermişdir.
Bir çox sahələrdə özünə geniş yer almış "duyğu" və "hiss" anlayışlarının elmi səviyyələrini və məna xüsusiyyətlərini qarışdıran elmi-nəzəri duruma fərqli yanaşaraq, ilk dəfə olaraq bu anlayışların sərhəd müəyyənliyini təyin etmişdir.
Elmi idrak sahəsində "qavrayışın" ikinci idrakı pillə kimi "duyğulardan" sonra gəlməsi haqqında elmdə qərarlaşmış elmi idrak metoddan fərqli olaraq, duyğu ilə qavrayış arasında digər anlayışların mövcudluğunu sübuta yetirmişdir. O, həmçinin elmi idrak metodu kimi "münasibətin" "mənimsəmədən" əvvəl gəlməsi barədə elmdə qəbul olunmuş nəzəri bilikdən fərqli olaraq "estetik mənimsəmənin", "estetik münasibətdən" əvvəl mövcud olmasına dair yeni metod ortaya qoymuşdur.
Fəlsəfənin aktual məsələlərinə həsr olunmuş 200-dən çox məqalənin, 12 kitabın müəllifidir.
Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin fəlsəfə kafedrasında professor kimi elmi-pedaqoji fəaliyyətini davam etdirir.