Osman Səlahəddin Əfəndi

Osman Səlahəddin Əfəndi (d. 7 iyul 1940, İsgəndəriyyə) — Osmanlı şahzadəsi və varisi.

Osman Səlahəddin Əfəndi
عثمان صلاح الدين أفندي
Şəxsi məlumatlar
Doğum tarixi (84 yaş)
Doğum yeri İsgəndəriyyə, Misir
Atası Əli Vasib Əfəndi
Anası Əminə Mukbilə Sultan
Həyat yoldaşları Athena Christoforides
Hənifə Candan Günən
Uşaqları Ayşə Gülnev Osmanoğlu
Orxan Murad Osmanoğlu
Nihad Rəşad Osmanoğlu
Səlim Süleyman Osmanoğlu
Dini Sünni, İslam

Şahzadə Osman Səlahəddin Əfəndi 1940-cı ildə İsgəndəriyyədə dünyaya gəlmişdir. Atası Sultan Muradın nəvəsi Əhməd Nihad Əfəndi, anası isə Sultan Rəşadın nəvəsi Əminə Mukbilə Sultandır. Gənclik illəri doğulduğu İsgəndəriyyə şəhərində keçmiş, İngiltərədə ali təhsil aldıqdan sonra maliyyə müşaviri olaraq illərcə çalışmışdır. İngilis, ərəb və fransız dillərini mükəmməl şəkildə öyrənmişdir.

1983-cü ildə Qahirədə vəfat edən və İsgəndəriyyədə dəfn olunan atası Əli Vasib Əfəndinin məzarı 2007-ci ilin mayında oğlu Osman Səlahəddin Əfəndinin təşəbbüsü ilə Türkiyəyə gətirildi və Sultan Rəşad türbəsinə dəfn olundu. 10-cu Osmanlı ailə rəisi Dündar Əli Əfəndinin 18 yanvar 2021-ci ildə vəfatının ardından kiçik qardaşı Harun Əfəndi ailə rəisi olmuş, ailənin ikinci yaşlı üzvü olan Osman Səlahəddin Əfəndi isə ailə rəisliyinin varisi elan edilmişdir.

27 avqust 1966-cı ildə Athena Christoforides ilə (d. 9 mart 1944) evlənsə də, 6 may 1991-ci ildə boşandı. Bu evlilikdən 4 övladı oldu.

İkinci evliliyi isə 22 aprel 2012-ci ildə fəlsəfə müəllimi Hənifə Candan Günənlə baş tutdu. Cütlüyün nigahı Osman Əfəndinin atasının doğulduğu Çırağan sarayında baş tutdu. Bu evliliyindən övladı yoxdur.