Əli Vasib Əfəndi (14 oktyabr 1903, Beşiktaş, İstanbul ili – 9 dekabr 1983, İsgəndəriyyə) — Osmanlı sülaləsinin altıncı rəisi və Osmanlı şahzadəsi.
Əli Vasib Əfəndi | |
---|---|
واثب افندی علی Ali Vâsıb Efendi | |
19 yanvar 1977 – 9 dekabr 1983 | |
Əvvəlki | Mehmed Əbdüləziz Əfəndi |
Sonrakı | Mehmed Orxan Əfəndi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Çırağan sarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | (80 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | Sultan Rəşad türbəsi |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Atası | Əhməd Nihad Əfəndi |
Anası | Safru xanım |
Həyat yoldaşı | Əminə Mukbilə Sultan |
Uşağı | Osman Səlahəddin Əfəndi |
Ailəsi | Osmanlı xanədanı |
Dini | Sünni, İslam |
Şahzadə Əli Vasib Əfəndi 1903-cü ildə Çırağan sarayında dünyaya gəlmişdir. Atası Sultan Muradın oğlu Mehmed Səlahəddin Əfəndinin oğlu Əhməd Nihad Əfəndi, anası isə onun ilk xanımı Safru xanım idi. Qalatasaray litseyini və hərb akademiyasında təhsil almışdır. Bundan başqa Osmanlı ordusunun piyada dəstələrində xidmət etmiş, Xanədan-ı Ali-Osman və I dərəcəli Məcidiyyə nişanları ilə təltif edilmişdi. Bir yaşına qədər böyük babası Sultan Muradın həbs olunduğu Çırağan sarayında yaşdı. 1904-cü ildə Sultan Muradın vəfatından sonra Çırağan sarayını tərk etdilər və sürgün qanununa qədər İstanbulun müxtəlif səmtlərində yaşadılar. 1924-cü ildə Osmanlı sülaləsinin sürgün edilməsi haqqında qanundan sonra 21 yaşlı Əli Vasib Əfəndi ailəsi ilə birlikdə əvvəlcə Budapeştə, bir neçə ay sonra isə cənubi Fransadakı Nitsa şəhərinə köçdü. 10 ilə yaxın burada yaşadıqdan sonra burada Sultan Mehmed Rəşadın nəvəsi Əminə Mukbilə Sultanla evləndi və 1933-cü ildə cütlük İsgəndəriyyəyə köçdü. Cütlüyün nigahı dövrün Osmanlı ailə rəisi Əbdülməcid Əfəndi tərəfindən bağlanmışdır. Nigahdan sonra İsgəndəriyyəyə gedən cütlüyün yeganə övladı olan Osman Səlahəddin Əfəndi də məhz 1940-cı ildə burada dünyaya gəldi.
1974-cü ildə Osmanlı sülaləsinin kişi mənsubları üçün çıxarılan əfv qanunundan sonra Əli Vasib Əfəndi hər il Türkiyəyə səyahət edirdi. Hətta İstanbulda Sultan Əhməd meydanı yaxınlığında bir ev də aldı. Bu illər ərzində xatirələrini yazdığı "Bir şahzadənin xatirələri: Vətən və sürgündə gördüklərim, eşitdiklərim" adlı əsər üzərində çalışdı. 1977-ci ildə Mehmed Əbdüləziz Əfəndinin vəfatı ilə Osmanlı sülaləsinin rəisi oldu və 1983-cü ildə Qahirədə vəfat etdi. İsgəndəriyyədə dəfn olunan Əli Vasib Əfəndinin məzarı 2007-ci ilin mayında oğlu Osman Səlahəddin Əfəndinin təşəbbüsü ilə Türkiyəyə gətirildi və Sultan Rəşad türbəsinə dəfn olundu.
30 noyabr 1931-ci ildə Nitsada Sultan V Mehmedin oğlu Ömər Hilmi Əfəndinin qızı Əminə Mukbilə Sultanla evləndi. Bu nigahdan 1 oğlu oldu.