Çırağan sarayı

Çırağan sahilsarayıİstanbulun BeşiktaşOrtaköy rayonları arasında yerləşən Osmanlı sarayı.

Çırağan sarayı
Xəritə
41°02′36″ şm. e. 29°00′55″ ş. u.
Ölkə Türkiyə Türkiyə
Şəhər İstanbul
Yerləşir İstanbul
Aidiyyatı Osmanlı imperiyası
Kempinski Hotels
Layihə müəllifi Sarkis və Aqop Balyanlar
Memar Nikos Balyan
Tikilmə tarixi 1863-1867
Üslubu barokko
Vəziyyəti otel
Rəsmi sayt kempinski.com/en/istria/…
Çırağan sarayı (İstanbul)
Çırağan sarayı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1910-cu ildə baş verən yanğın nəticəsində tamamilə yanıb, günümüzə sadəcə xarici cəbhəsi qalan Hünkar dairəsi sarayın əsas binalarından biridir. XVII əsrdə bu ərazi Qazançıoğlu bağçası adıyla tanınırdı. Övliya Çələbinin qeydlərinə görə, Osmanlı sultanı IV Murad (1623–1640) qızı Əsməhan Qaya Sultana hədiyyə etdiyi bu bağçada bir köşk inşa etdirmişdi. Daha sonra burada Nevşəhərli İbrahim Paşa, xanımı Fatma Sultan üçün böyük bir saray inşa etdirmişdir. Bağçasında, dövrün Osmanlı sultanı III Əhməd (1703–1730) və sədrəzəmi Nevşəhərli İbrahim Paşanın da iştirak etdiyi təntənəli şənliklər keçirilən saray əhali tərəfindən Lalə dövrü boyunca Çırağan (farsca işıq deməkdir) adlanmağa başlandı. Osmanlı sultanı I Mahmudun (1730–1754) ilk illərində gözdən düşən saray daha sonra padşahın əmriylə bərpa edilərək xüsusilə də, əcnəbi elçilərin qonaq edilməsi üçün təsis edildi. Saray, eyni əsrin sonlarında III Səlimin (1789–1807) bacısı Beyhan Sultana hədiyyə edilsə də, Beyhan Sultan sarayı bəyənməmiş, padşah isə sarayın strukturunu böyüdərək səltənətinin son 2 ilini burada keçirmişdir. II Mahmud dövründə də (1808–1839) yay sarayı olaraq istifadə edilən saray, 1836-cı ildə daha da böyüdüldü. Memar Karpet Balyanın taxtadan inşa etdiyi əlavə binalar mərmər saraya fərqli görünüş qazandırdı. 1839-cu ildə yeni bölümləriylə birlikdə açılışı olan saray Sultan Əbdülməcid dövründə (1839–1861) əvvəlcə yay sarayı olaraq istifadə edilsə də, Dolmabağça sarayının inşasından sonra yavaş-yavaş tərk edildi və daha böyük bir saray inşa edilməsi üçün 1859-cu ildə tamamilə dağıdıldı.

Sultan Əbdülməcidin ölümü səbəbilə təxirə salınan inşaat prosesi Əbdüləzizin (1861–1876) taxta çıxmasıyla davam etdi və Nikos Balyanın hazırladığı layihə ilə oğulları Sarkis və Aqop Balyan tərəfindən başa çatdırıldı. Yeni plana görə, ərazinin ortasında qalan Beşiktaş mövləvi xanəgahının ləğvinə qərar verildi və xanəgah dağıdılaraq Maçka səmtinə köçürüldü. Sultan Əbdüləziz 1871-ci ildə inşası tamamlanan saraya köçmüş, ancaq bir neçə ay sonra sarayın olduqca rütubətli olması səbəbilə yenidən Dolmabağça sarayına yerləşdi. II Əbdülhəmid isə taxta çıxdıqdan sonra buranı özündən əvvəl taxtda olan qardaşı V Murad və ailəsinə təsis etdi. V Muradın vəfatına qədər (1904) 28 il boyunca onun ailəsinə məxsus olan saray dövrün bir çox siyasi hadisələrinə şahid olmuşdur. V Muradın burada məskunlaşmasından 2 il sonra, yəni 20 may 1878-ci ildə onu xilas edib taxta çıxarmaq üçün Əli Suavi və tərəfdarları tərəfindən tərtiblənən basqın da məhz bu sarayın adıyla bağlıdır (Çırağan hadisəsi). Uğursuzluqla nəticələnən basqının sonunda Əli Suavi və tərəfdarları öldürüldü.

İkinci məşrutiyyətin elanından 4 ay sonra saray Məclis-i Məbusana təsis edilmiş və strukturu dəyişdirilmişdir. Məclis-i Məbusanın 14 noyabr 1909-cu ildə çağırılan ikinci çağırışından sonra 19 yanvar 1910 tarixində istilik sistemində baş verən nasazlıq səbəbilə sarayda güclü yanğın baş vermiş, 5 saat boyunca söndürülə bilməyən yanğının sonunda saray tamamilə külə çevrilmiş, yalnız xarici cəbhəsi xilas edilə bilinmişdi. Yanğın sarayın mükəmməl strukturu ilə yanaşı, mükəmməl sənət əsərlərini və əntiq əşyaları da məv etmişdi.

Müxtəlif mərmər bəzəmələrdən ibarət xarici cəbhəsi və olduqca görkəmli daxili interyeri ilə Çırağan sarayı, dövrünün, şübhəsiz ki, ən gözalıcı məkanlarından biri idi. İnşasında istifadə edilən mərmər, sədəf və digər materialların hamısı xarici ölkələrdən ixrac edilmiş, sarayın inşasına bütövlükdə 5 milyon Osmanlı qızılı xərclənmişdir.

Çırağan sahilsarayı əslində müxtəlif binalardan ibarət olan bir kompleksdir. Günümüzə yalnız xarici cəbhəsi qalan Hünkar dairəsi, Hərəm dairəsi və Ağalar dairəsi gəlib çatmışdır. Özündə Yalı köşkü, müxtəlif saray bağçaları və köşkləri, eyni zamanda böyük bir sahəni əhatə edən Fəriyə saraylarını birləşdirən saray kompleksinin günümüzə gəlib çatan bölümləri hal-hazırda müxtəlif məqsədlər üçün istifadə edilir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • T.C. İstanbul Valiliği (Harika İstanbul) Çırağan Sarayı ve Tanıtımı
  • Kültür Bakanlığı[ölü keçid]
  • Çelik Gülersoy (1992) The Çerağan Palaces, İstanbulİstanbul Kitaplığı ISBN 975-7687-08-01. (ing.)
  • Evliya Çelebi, Seyahatnâme, I, 448;
  • Yıldız Albümleri, İÜ Ktp., nr. 90853;
  • Sedat Hakkı Eldem, Köşkler ve Kasırlar, İstanbul 1969, II, 213–222;
  • Pars Tuğlacı, "Çırağan Sarayı", Balyan Ailesi, İstanbul 1981, s. 59–61, 178–184, 346;
  • H. Y. Şehsuvaroğlu, Boğaziçi’ne Dair, İstanbul 1986, s. 131–137;
  • a.mlf., "Çırağan Sarayı", TTOK Belleteni, sy. 117 (1951), s. 9–10;
  • Çelik Gülersoy, Çerâğan Sarayları, İstanbul 1992, tür.yer.;
  • Kürşat Ekrem Uykucu, "Çırağan Sarayı", Hayat Tarih Mecmuası, II/7, İstanbul 1967, s. 46–50;
  • M. Tayyib Gökbilgin, "Çırağan Sarayı", İA, III, 390–392;
  • R. Ekrem Koçu, "Çırağan Sahil Sarayı", İst.A, VII, 3934–3936.