Osmanlı–Səudiyyə müharibəsi

Osmanlı-Səudiyyə müharibəsi (və yaxud Misir-Səudiyyə müharibəsi) - 1811-1818-ci illərdə Birinci Səudiyyə əmiri Səud ibn Əbdüləzizlə Osmanlı İmperiyasının Misir əyalətinin hakimi Kavalalı Mehmed Əli Paşa arasında baş vermişdir. Müharibə Səud ibn Əbdüləziz əl-Səudun dövründə başlamış və onun vəliəhdi Abdullah ibn Səud əl-Səudun dövründə onun ölümü ilə başa çatmışdır.

Osmanlı-Səudiyyə müharibəsi
Tarix 1811 - 1818
Yeri Ərəbistan yarımadası
Səbəbi Səud sülaləsinin Ərəbistan yarımadasındakı işğalları
Nəticəsi Birinci Səudiyyə əmirliyinin süqutu
Münaqişə tərəfləri

Birinci Səudiyyə əmirliyi

Osmanlı İmperiyası

Komandan(lar)

Səud ibn Əbdüləziz əl-Səud
Abdullah ibn Səud əl-Səud
Xassab ibn Şaran
Xaliya əl-Vahhabiya

II Mahmud
Əhməd Tosun Paşa
Qavalalı Mehmed Ali Paşa
Kavalalı Mehmed Əli Paşa

Tərəflərin qüvvəsi

20 000

50 000

İtkilər

11 000 ölü
3 000 yaralı,

2 000 ölü
1000 yaralı

Müharibədən öncə

[redaktə | mənbəni redaktə et]

Vəhhabilik Birinci Səudiyyə dövlətinin yaranmasında əsaslı rol oynadı və bu Osmanlı imperiyasının maraqlarına zidd idi. Hərəkata qarşı Osmanlı sultanı Misir hakimi Kavalalı Mehmed Əli Paşanı vəzifələndirdi.

Məhəmməd ibn Əbdülvahab və əmir Məhəmməd bin Səud əl-Səudun islam islahatları onların Dəriyyə şəhərində hakimiyyətlərini möhkəmləndirməyə şərait yaratdı. 1805-ci ildə Vəhhabilər MəkkəMədinə üzərində nəzarəti ələ keçirdilər, Kərbəla şəhərinə və İmam Hüseyn məqbərəsinə hücum etdilər[1]. Bu zaman vəhhabilər Osmanlı karvanlarına hücum etdilər[2]. Səudiyyə əmirinin Hicaz[3] ziyarətgahlarının qoruyucusu olması iddiasını Osmanlı sultanı tərəfindən pislənmişdi. Daha sonra Osmanlılar vəhhabilərlə mübarizə üçün Mehmed Əli Paşanı vəzifələndirmişdilər[2].

1807-ci ilin dekabr ayında Misir hakimi Mehmed Əli Paşa Osmanlı sultanı IV Mustafadan Səudiyyə əmirliyinə qarşı müharibəyə başlamaq tapşırığı aldı. Ancaq, başı Misirin daxili çəkişmələrinə qarışıq olan Misir hakimi 1809-cu ildə Səudiyyə əmirliyinə yönəldi.

1810-cu ilin 3 sentyabrında Misir qoşunları Hicaza daxil oldu. Misir ordusunun başında Mehmed Əli Paşanın 16 yaşlı oğlu Qavalalı Tosun Paşa idi. İki ordu arasında əməliyyatlar 1811-ci ildə başladı. Misir ordusunun birinci hədəfi Yanbo limanını qərbdən tutmaq və Misir ordusunun dəniz və quru hissələrini birləşdirmək idi. Misirlilər diplomatiya və hədiyyələr yolu ilə köçəri ərəbləri öz tərəflərinə çəkdilər.

Misir ordusunun bir araya gəlməsindən sonra Qavalalı Tosun Paşa MədinəMəkkə şəhərlərinə hücuma keçdi. 1811-ci ilin dekabrında Manzalat əl-SəfrəCədidə şəhərləri yaxınlığında vəhhabilərlə misirlilər arasında döyüş başladı. Misir ordusu seçmə Səudiyyə ordusuna qəflətən hücum etməsinə baxmayaraq Yanbo limanına geri çəkildilər. Bununla belə vəhhabilər axıra Yanbo limanını misirlilərdən ala bilmədilər.

1812-ci ildə misirlilər bədəvilərlə birləşib vəhhabilər üzərinə hücuma keçdilər. 1812-ci ilin noyabrında Mədinə, 1813-cü ilin yanvarında MəkkəCiddə döyüşlərdəki qələbələr nəticəsində MəkkəTaif ələ keçirildi və əsas liman sayılan Ciddə üzərinə hərəkətə başladılar.

Az sonra döyüşlərə Mehmed Əli Paşa şəxsən özü rəhbərlik etməyə başladı və yanvar ayında Besalidə vəhhabilərlə güclü döyüş baş verdi. Döyüşdə misirlilər qələbə qazandılar, hücumlarını davam etdirərək Kunfu və Asiri ələ keçirdilər.

Mehmed Əli Paşa Ərəbistan yarımadasının cənubundan vəhhabiləri sıxışdırıb çıxartmağı bacardı və 1815-ci ilin yazında barışıq imzalandı. Barışığa əsasən Hicaz Misirin idarəsinə verilir, vəhhabilərin əlində sadəcə Nəcd və əl-Qasım regionları qalır, Səudiyyə əmiri Abdullah özünü Osmanlı sultanının vassallı kimi qəbul edir və Həcc ziyarətlərinin təhlükəsizliyini öz öhdəsinə götürürdü.

Qavalalı İbrahim Paşanın Dəriyyəyə hücumu

1816-ci ildə yenidən hərbi əməliyyatlar başlandı. İbrahim paşanın rəhbərliyi altında Misir ordusu Hicaza daxil oldu və yarımadanın daxili rayonlarına hücum etməyə başladı. 1817-ci ildə ər-Rəss, Büreydə və Üneyzə qalaları, 1818-ci ilin əvvəllərində Şəqra bölgəsi ələ keçirildi.

1818-ci ilin aprelində Misirlilər Birinci Səudiyyə əmirliyinin paytaxı Dəriyyə şəhərini mühasirəyə aldılar. 5 aylıq mühasirədən sonra 15 sentyabrda paytaxtı ələ keçirdilər.

Müharibənin nəticəsi

[redaktə | mənbəni redaktə et]

Müharibədən sonra Birinci Səudiyyə dövləti dağıldı. Paytaxt Dəriyyə 1819-cu ildə Misirlilər tərəfindən dağıdıldı və ölkənin əsas şəhərlərinə Misir qarnizonları daxil oldu. Birinci Səudiyyə əmiri Abdullah ibn Səud əl-Səud təslim oldu. İstanbula aparıldı və sultanın əmri ilə edam edilərək başı Bosfor sularına atıldı.[3]

Osmanlı-Səudiyyə müharibəsində Misir hakimi Qavalalı Mehmed Əli Paşanın qələbəsi ilə bu bölgələrdə Osmanlı nüfuzu bərpa edildi və möhkəmləndi.[3]

  1. Bowen, Wayne H. (2008). The History of Saudi Arabia. Westport, CN: Greenwood Press. p. 153.
  2. 1 2 Marsot, Afaf Lutfi Al-Sayyid. A History of Egypt From the Islamic Conquest to the Present. New York: Cambridge UP, 2007
  3. 1 2 3 Elizabeth Sirriyeh, Salafies, "Unbelievers and the Problems of Exclusivism". Bulletin (British Society for Middle Eastern Studies, Vol. 16, No. 2. (1989), pp. 123-132.