1620-1621-ci illər Osmanlı-Reç Pospolita müharibəsi — 17-ci əsrdəki ilk Osmanlı-Reç Pospolita müharibəsidir.
Osmanlı-Reç Pospolita müharibəsi | |||
---|---|---|---|
Tarix | 1620-1621 | ||
Yeri | Moldova | ||
Nəticəsi | Hər iki tərəf də üstünlük əldə edə bilmədi. Hotin müqaviləsi imzalandı. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
1514-cü ildən Moldova bəyliyi Osmanlı İmperiyasının birbaşa ərazisi olmasa da, himayəsi altında sayılırdı. Moldova bəyliyi Dunay çayı ilə Qaradənizə gedən ticarət yollarının üstündə olduğu üçün coğrafi mövqeyi baxımından Reç Pospolita üçün əhəmiyyət kəsb edirdi. 16-cı əsrin sonlarında Reç Pospolita əsilzadələri Moldovanın daxili işlərinə qarışmağa başladılar. Osmanlılar tərəfindən təyin edilmiş Moldova Voyvodinası Kaspar Qraziani də Reç Pospolitaya meyl etməyə başladı. Bundan başqa Reç Pospolita Transilvaniya knyazlığına hücum etdilər. Transilvaniya Knyazı və protestant Betlen Gabor Osmanlı dövlətindən köməy istədilər. Bu isə Osmanlılar üçün qəbul edilməz bir vəziyyət idi. Sultan II Osman Reç Pospolitaya müharibə elan etdi.
Osmanlı ordusu Çuçoroya çatanda əsgərlərin sayımı aparıldı. Orduda olan 34825 əsgərə adambaşına bir ağça verildi[1]. Əsgərlərin sayı:
Hazırlanan Osmanlı ordusuna Oçakov bəylərbəyi İsgəndər Paşa rəhbərlik edirdi. Bundan başqa Noğay Tatarları da Qandəmir Mirzənin başçılığı altında Osmanlı ordusunda yer alırdı. Reç Pospolita ordusunun başında Rusiyanı məğlub edərək 10 il öncə Moskvanı ələ keçirən məşhur komandan Stanislav Cyolkiyevski dururdu. Moldova Voyvodinası Kaspar Qraziani də 600-1000 arası əsgəri ilə Reç Pospolita tərəfindən döyüşə qatıldı. 10 sentyabr 1620-ci ildə Reç Pospolita ordusu Prut çayı ətrafında Yassı şəhəri yaxınlığındaki Çuçoro mövqeyində Osmanlı və Noğay orduları ilə qarşılaşdı. Döyüşün ilk günündə Reç Pospolita ordusu məğlub oldu. Moldovalı əsgərlər Osmanlının tərəfinə keçdilər. 6 oktyabrda Osmanlı ordusu yenidən hücuma keçdi. Reç Pospolita ordusunun komandanları əsgərləri döyüş meydanında qoyub şimala doğru qaçdılar. Qalan əsgərlərin çoxu öldürüldü və əsir alındı. Stanislav Cyolkiyevski də döyüşdə öldürüldü və başı kəsilərək Sultana göndərildi. Kaspar Qraziani qaçmağı bacardı. Lakin Osmanlılardan qorxan əsgərləri tərəfindən öldürüldü. Beləliklə Çuçoro döyüşü Osmanlı İmperiyasının parlaq qələbəsi ilə başa çatdı.
Çuçoro döyüşündə əldə edilən zəfərdən sonra Sultan II Osman Reç Pospolitanı tamamilə məğlub edərək dövlətin sərhədlərini Baltik dənizinə qədər uzada biləcəyini düşündü. Bu məqsədlə 1 il sonra 200000-lik bir ordu hazırlayaraq İstanbuldan Ədirnəyə doğru yola çıxdı.
Osmanlılar Xotin səfərində istədiklərini ala bilmədilər. Ancaq Reç Pospolita da böyük bir zəfər qazana bilməmişdi. Buna görə də Xotin Sülhü Osmanlı ilə Reç Pospolita arasındaki vəziyyəti olduğu kimi saxladı. Sərhədlərdə heç bir dəyişiklik olmadı. Sülh anlaşmasında aşağıdakı maddələr vardı:
1. Reç Pospolitaya Tatar axınları qadağan olundu.
2.Xotin, Osmanlı himayəsində olan Moldovaya verildi.
3.Reç Pospolita Krım Xanlığına vergi ödəməyə davam etdi.
Müharibədən sonra Sultan II Osman Xotin qalasında yerləşən Yeniçəri Ocağını istəklə döyüşmədiklərinə görə ləğv edəcəyini bildirdi. Bu da yeniçəri üsyanına gətirib çıxardı. Üsyan nəticəsində II Osman öldürüldü.