Transilvaniya knyazlığı (mac. Erdélyi Fejedelemség; alm. Fürstentum Siebenbürgen; lat. Principatus Transsilvaniae; rum. Principatul Transilvaniei və ya Principatul Ardealului; türk. Erdel Voyvodalığı və ya Transilvanya Prensliği) — 1570-1711-ci illərdə Macar şahzadələri tərəfindən idarə edilən yarımmüstəqil knyazlıq.
Osmanlı İmperiyasının vassalı Macarıstan Krallığının torpağı | |||||
Transilvaniya knyazlığı | |||||
---|---|---|---|---|---|
|
|||||
|
|||||
Paytaxt | Sibiu | ||||
Dilləri | Rumın dili, Macar dili | ||||
Rəsmi dilləri |
Latın dili, Macar dili Alman dili,Rumın dili |
||||
İdarəetmə forması | Knyazlıq, Konstitusiyalı monarxiya | ||||
Dövlət başçıları | |||||
Transilvaniya və Macarıstan kralı İlk Transilvaniya şahzadəsi |
|||||
• | II Con Ziqmund Zapolya (1570–1571) | ||||
Son Transilvaniya şahzadəsi | |||||
• | II Ferens Rakoçi (1704–1711) | ||||
Vikianbarda əlaqəli mediafayllar |
29 avqust 1526-cı ildə baş vermiş Moxaç döyüşündə Osmanlı imperatoru Sultan Süleyman macar ordularını məğlub etdi. Nəticə də macar kralı II Layoş öldürüldü. Habsburq sülaləsinə mənsub olan Ferdinandın macar taxtı üzərində iddiaları Transilvaniya tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Bu ərəfədə Zapolya macar kralı elan edilmişdi. Ferdinand tərəfindən məğlub edilən Zapolya Qanuni Sultan Süleymana öz itaətini bildirmiş və Osmanlının vassalı kimi Macar və Transilvaniyanın kralı elan edilmişdi. Bu hadisə Habsburqların Macarıstandakı nüfuzunun zəifləməsinə səbəb oldu. Yanoş Zapolyanın vəfatından sonra 1540-cı ildə Buda Osmanlılar tərəfindən bəylərbəyiliklərin mərkəzinə çevrildi və Transilvaniya torpaqları Yanoş Ziqmundun idarəsinə verildi. Beləliklə 1541-ci ildə Osmanlılardan vassal asılılığında olan Transilvaniya knyazlığı yaradıldı.
1570-ci ildə imzalanan Şpayer müqaviləsinə əsasən Transilvaniya knyazlığının Macarıstan krallığının tərkib hissəsi olması tanındı. Bundan başqa II Con Ziqmund Zapalya Transilvaniya şahzadəsi elan edildi. 1571-ci ildə II Con Ziqmundun ölümündən sonra Batori Kral ailəsi daha da güclənərək Transilvaniyada hakimiyyəti öz əlinə aldı və nəticə də Transilvaniya knyazlığı 1602-ci ildə qədər osmanlıların vassal aslılığında Batori sülaləsi tərəfindən idarə edildi. Şahzadə I Stefan Batori Transilvaniyanın ən güclü hakimi olmuşdur.