Osmanlı Macarıstanı və ya Osmanlı işğalı altında Macarıstan — 1541–1699-cu illərdə Osmanlı İmperiyası tərəfindən idarə olunan cənubi və mərkəzi orta əsr Macarıstan ərazisi Qədim Macarıstan krallığının cənub əyalətləri, "Böyük Macarıstan" və Cənubi Transdanubiya əraziləri tamamilə Osmanlı imperiyası tərəfindən zəbt olunmuşdu.
Macarıstan Krallığı Osmanlı tərəfindən zəbt edilmədən əvvəlki sərhədləri günümüzdəki Macarıstanı, Xorvatiyanı, Slovakiyanı, Banat və Transilvaniya ərazilərini əhatə edirdi. Osmanlı imperiyası ilə Habsburqlar arasında Macarıstan krallığının işğalı uğrunda mübarizə 4 dövrü əhatə edir:
20 iyun 1541-ci ildə Qanuni Sultan Süleyman tarixşünaslıqda "Budin yürüşü"a dlanan səfərini həyata keçirdi. Nəticədə Şərqi Macarıstan və Transilvaniyada Osmanlıdan asılı bir dövlət olan "Transilvaniya şəhzadəliyi" yaradıldı. Beləliklə Macarıstanın mərkəz və cənub bölgələri birbaşa Osmanlı torpaqlarına qatıldı və illik vergi ödəmək qarşılığında Ferdinandın qərbdəki hakimiyyəti tanındı. Mərkəzi Budin olan yeni əyalətin ilk bəylərbəyi isə Ramazanoğlu Uzun Süleyman Paşa olmuşdur.[1]
Osmanlılar tərəfindən 1541-ci ildə yaradılan Budin əyaləti və 1552-ci ildə yaradılan Timeşvar əyaləti uzun illər boyunca mövcud olmuşdur. Avstriya hersoqluğu ilə Osmanlı imperiyası arasında 4 iyul 1593-ci ildə başlayan, 11 Noyabr 1606 tarixində Zitvatorok Müqaviləsi ilə sona çatan "Uzun hərbi münaqişələr" dövrünün sonunda; "Yanıq" (1594), "Papa" (1594), "Ziqetvar" (1595), "Əyri" (1596), "Kanija" (1600) bəylərbəylikləri yaradıldı. Lakin 1687-ci ildə Əyri və 1690-cı ildə isə Kanija əyalətləri ləğv edildi.[2] 10 avqust 1664-cü ildə "Vasvar müqaviləsi" ilə bugünkü Slovakiya torpaqlarında "Uyvar" əyaləti yaradılmışdı. İkinci Vyana mühasirəsi ərəfəsində Macarıstan torpaqlarında Osmanlı inzibati təşkilatı aşağıdakılardan ibarət idi:
1 aprel 1683-cü ildə başlayan və Osmanlı dövrü tarixşünaslığında "fəlakət illəri" adlandırılan dövrdə Avstriya- Osmanlı müharibələri Osmanlının bir sıra məğlubiyyətləri ilə nəticələndi. 26 yanvar 1699-cu ildə bağlanan "Karlovitsa sülhü" ilə Osmanlı Timeşvar istisna olmaqla digər əyalətlərini itirdi.[3] Timeşvar əyaləti də 21 iyul 1718-ci ildə "Pasarovitz müqaviləsi" ilə Habsburq imperiyasına qatıldı.