Tarixi dövlət | |||
Osmanlı Tunisi | |||
---|---|---|---|
|
|||
|
|||
Paytaxt | Tunis | ||
Rəsmi dilləri | |||
Vikianbarda əlaqəli mediafayllar |
Osmanlı Tunisi, Tunis əyaləti və ya Tunis Bəylərbəyliyi II Səlim tərəfindən 13 sentyabr 1574-cü ildəyaradılmış olan əyalətdir. Əyalət 1574-1881-ci illər arasında Osmanlı imperiyasının nəzarəti altında olmuşdur.[1] Ramazan Paşa, Mustafa Paşa ilə Misirdən gələn könüllü əsgərlərin iştirak etdiyi, Qoca Sinan Paşa və Qılınc Əli Paşanın komandanlığı altında olan donanma ilə mühasirənin sonunda 12 sentyabr 1574-cü ildə Tunis ələ keçirilmişdir.
1705-ci ildən etibarən Tunis müstəqilliyini əldə etmiş və bundan sonra Tunis əyalətinin adı Tunis Bəyliyinə çevrilmiş və Osmanlı imperiyasının vassalı olmuşdur.
Tunis əyalətində idarəetmə forması sancaqlara bölünmüş və hər bir Sancaqbəyi öz sancağında dövlətin nümayəndəsi olmuşdur.
1881-ci ildə fransızlar Tunisi işğal etmişdirlər. Fransız işğalı altında yeni bir bəylik yaradılmış və bu bəylik 1957-ci ilə qədər davam etmişdir.