Osmanlının Quriyanı ələ keçirməsi

Osmanlının Quriyanı ələ keçirməsiOsmanlı imperiyasının Quriya çarlığının bir hissəsini ələ keçirməsi ilə nəticələnən hərbi kompaniyadır. Hərbi əməliyyatların sonunda Çaneti (Lazıstan sancaqlığı), Acara, Qonio və Batumun sahil qismi Osmanlı imperiyasına qatılmışdır. Hərbi əməliyyatlar 1547-ci ildə başlamışdır.[1]

Osmanlının Quriyanı ələ keçirməsi
Tarix 1547
Yeri

Müharibənin gedişatında Quriya hökmdarı Rostom Qurieli digər gürcü hökmdarları ilə ittifaq qurmağa çalışsa da, buna müvəffəq ola bilməmişdir. Bir-birləri ilə fedodal ara müharibələri aparan müxtəlif gürcü knyazları və iri feodalları Osmanlı imperiyasına qarşı birləşə bilməmiş və nəticədə Rostom Qurieli hökmdarı olduğu torpaqların böyük bir hissəsini itirmişdir. Osmanlının isə Gürcüstandakı mövqeləri daha da güclənmişdir.

Tarixi[redaktə | mənbəni redaktə et]

1547-ci ildə Osmanlı ordusu Quriyanın sahil qisminə gələrək Qonio və Batumun dənizə yaxın olan məntəqələrini işğal etdi. Rostom Qurieli İmereti kralı III Baqrat və Meqreliya şahzadəsi I Levan Dadianiyə yardım çağırışı etdi. Bu çağırışa cavab olaraq I Levan abxaz və meqrellərdən ibarət ordu formalaşdıraraq Rioni çayının sahilində düşərgə saldı. Bununla bərabər, Rostoma onun əvvəllər Meqreliyaya etdiyi hücumlara görə qəzəbli olan İmereti kralı III Baqrat Levanla Rostomun arasının pozulmasına səbəb oldu və nəticədə, Levanın ordusu Meqreliyaya geri döndü. Təkcə öz ordusu ilə Osmanlı ordusu ilə döyüşməyə məcbur olan Rostom Osmanlı ordusuna hücum edərək onları Batumu boşaldaraq Çoruhun gerisinə getməyə məcbur etdi. Bütün bu səylərinə baxmayaraq, Rostom Osmanlı ordusunun Acara və Çanetini ələ keçirməsinə maneə ola bilmədi. Kompaniyanın sonlanması ilə, Qonio qalası Osmanlı imperiyasının Gürcüstanın cənub-qərbində mühüm dayaq məntəqəsi oldu.[2]

Nəticə[redaktə | mənbəni redaktə et]

Əməliyyatların nəticəsində Osmanlı ordusu mühüm nailiyyətlər qazandı və Gürcüstandakı mövqelərini daha da gücləndirdi. Rostom isə ilk əvvəllərdə bəzi qələbələr qazanıb, Osmanlı ordusunu Batumdan Çoruha doğru geri çəkilməyə məcbur edə bilsə də, sonda məğlub oldu və Acara və Çaneti bölgələrini itirdi.[3]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Bagrationi, Vakhushti. Nakashidze, N.T. (redaktor ). История Царства Грузинского [History of the Kingdom of Georgia] (PDF) (rus). Tbilisi: Metsniereba. 1976. 133–135. 2014-02-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-11-29.
  2. Church, Kenneth. From dynastic principality to imperial district: the incorporation of Guria into the Russian Empire to 1856 (Ph.D.). University of Michigan. 2001. 127–129.
  3. "Guria Region: History". www.tripadvisor.com. 2020-12-09 tarixində arxivləşdirilib.