Ostalgiya (alm. Ostalgie) — Alman mədəniyyətində Şərqi Almaniyadakı həyatı xarakterizə edən nostalgiya. Alman dilində Ost (şərq) və Nostalgie (nostalgiya) sözlərinin birləşməsindən əmələ gəlmişdir.
Kommunizm nostalgiyasında olduğu kimi, burada da çoxsaylı əsaslar var: ideologiya, millətçilik, sosial status və sabitliyin itirilməsinə görə qəmginlik, hətta ironiya.
Ostalgiya mürəkkəb termin olub təkcə nostalgiya hissi kimi təsvir edilməməlidir. Ostalgiya Soyuq müharibənin tarixi ilə bağlı olduğuna görə, bu ifadəni tarix və Qərb cəmiyyətinə hazırkı təsiri kontekstində nəzərdən keçirmək daha doğru olardı; bununla da, ifadənin mənası daha aydın olacaq.
Başlıca fərqlər Şərqi və Qərbi Almaniyada iqtidarda olan partiyalarda özünü göstərirdi. İki tərəfin siyasət fərqi İkinci Dünya müharibəsindən sonra "bərpa" prosesinə dair strategiya idi. Qərbdə Marşal planına uyğun olaraq, kapitalist iqtisadi siyasət qəbul edilmişdi. Digər tərəfdən, Şərqi Almaniyada hakimiyyət Sovet İttifaqının kütləvi təzyiqi altında olmaqla, şəxs üzərində intensiv tələblər qoyan daha radikal iqtisadi siyasətə tabe idi. Odur ki, iki dövlət arasındakı fərqlər ilk növbədə iqtisadi sistemin seçilməsində müşahidə olunurdu. Soyuq müharibənin geniş fonunda iki Alman cəmiyyətinin və onların xalqının quruluşu bir-birindən fərqlənirdi. Həm Şərq, həm də Qərb almanlarının eyni dili və tarixi paylaşdıqlarına baxmayaraq, şəxsiyyətləri tamamilə müxtəlif sosial həyatlara malik olan ölçüdə dəyişmişdir. Şərqi və Qərbi Almaniya arasındakı fərqlər yenidən birləşmədən əvvəl aşkar görünürdü.[1]
1989-cu ildə Berlin divarının dağıdılması və ardınca bir il sonra Almaniyanın yenidən birləşməsi ilə, Almaniya Demokratik Respublikasının simvollarından bir çoxu aradan qaldırıldı. Demək olar ki, ADR markalı (Alman dilndə DDR) bütün məhsullar mağazalarda yoxa çıxmış və Qərbi Almaniya məhsulları ilə əvəz edilmişdi. Lakin bir müddət sonra Şərqi Almanların bir çoxu keçmiş həyatlarının (mədəniyyət, eləcə də tanınmış brend markalar kimi) az-çox həsrətini çəkməyə başladılar. Odur ki, ostalgiyanı daha çox yenidən birləşmədən sonra aradan qalxmış köhnə ADR-də müntəzəm gündəlik həyat və mədəniyyətlə bağlı nostalji ilə əlaqələndirirlər.[2]
Termin 1992-ci ildə Şərqi Almaniya kabare sənətçisi Uve Ştaymle tərəfindən yaradılmışdır.[3]