Yoruba ('Yorùbá') — Afrika ölkəsi olan Nigeriyadaki ən böyük (etnik) topluluqdur. Sayları 44 milyon olan bu xalq Nigeriyadan başqa ölkələrədə yayılmışlar. Yaşadıqları ölkələrdə əsas iki Yoruba diasporu mövcuddur. Bunlardan biri 1960–80-ci illərdə olan iqtisadi və siyasi səbəblərdən ABŞ-yə və İngiltərəyə köçən yeni köçkünlər, digəri isə Kölə ticarəti zamanı Kuba,Puerto-Riko,Dominikan Respublikası və s. ölkələrə gətirilən insanlar idi.
Yorubalı bir ana və uşağı | |||||||||||||||
Özünüadlandırma | |||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ìran Yorùbá | |||||||||||||||
Ümumi sayı | |||||||||||||||
44 milyon | |||||||||||||||
Yaşadığı ərazilər | |||||||||||||||
| |||||||||||||||
Dili | |||||||||||||||
Dini | |||||||||||||||
Nigeriyada yaşayanların 26 %-ni təşkil etmələrindən başqa sayları Qərbi Afrika bölgəsindəki digər ölkələrdəkilərlə birlikdə 50 milyona yaxındır.
Yorubaların çoxluğu Nigeriyanın cənub-qərbindən yaşasalar da, Benin, Toqo, Sierra Leone, Kuba kimi ölkələrdə önəmli Yoruba cəmiyyəti yaşayır. Yorubaların ənənələri Amerika dövlətlərininde Yoruba dini görüşlərinə zemin oldu, örnək olaraq Voodoo (Vodoun), Santeria, Umbanda, Candomble, Macumba.
Yoruba sözü Oyo imperiyası sözündən törədiyi güman olunur. İlk vaxtlar Oyo imperiyasındakı xalq Hausa adlanırdı sonralar Nigeriyadakı ilk anqlikan yepiskop Crowther öz kitabında xalqı Yoruba adlandırdı.[7] Alternativ olaraq bəzən Yoruba diasporu Aku da adlandırırlar.[8]
Yoruba dili (yerli adı èdè Yorùbá, 'Yorùbá dili') Niger-konqolez dillərindən biridir ki, təxminən 20 milyon nəfər tərəfindən Qərbi Afrikada danışılır. Yoruba xalqının çoxu Yoruba dilində danışır. Yoruba dili İgala dili ilə çox bənzərlik göstərir. Bu dillər Yoruboid dili qrupuna aiddir. Forde (1951)və Westermann ilə Bryan (1952) İgala dilini Yoruba dilinə bir ləhcə kimi götürmüşdür. Yoruba dili Erdekir dillərinə aid olsa da, bir-biri ilə çox yaxın olduğundan İgala ilə bu qədər bənzərlik göstərir. Ancaq ayrı-ayrı dillərdir.[9]
Yoruba dini Yorubalıların adət-ənənələrini və digər mənəvi təlimlərini özündə əks etdirir. Yoruba dini mifologiya, fəlsəfə, inancların təzahürü kimi çıxış edir. Dinin hər hansı bir peyğəmbəri və ya yaradıcısı yoxdur. Dinin ana vətəni Yorubaland adlanan Benin və Togonun sərhəd ərazilərində yerləşən ərazidir. Yoruba dinində hekayələr, miflər, musiqilər xüsusi yer tutur..[10]
Bundan başqa Yorubalılar arasında müsəlman və xristianlarda vardır. İlk İslamın gəlişi Wangara tacirləri nəticəsində olmuşdur. Daha sonra Mali imperiyası Yorubalılar arasında İslamın yayğınlaşmasında böyük rol oynamışdı. Xristianlar isə burda aktiv şəkildə 19-cu əsrdə fəaliyyət göstərirdilər. Yorubalılar arasında bir çox məzhəbdən Xristian vardır. İlk xristianlar 16-cı əsrdə bura gəlmiş niderlandlar idi. Daha sonra onları fransızlar, ingilislər, almanlar gəldilər.[11]
Etnik qrup haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |