Otaru Musiqi Qutusu Muzeyi (小樽オルゴール堂, Otaru Oruqoru-do?) – Yaponiyanın Hokkaydo prefekturasının Otaru şəhərində yerləşən musiqi muzeyi. Muzey musiqi qutularına həsr olunmuşdur.
Otaru Musiqi Qutusu Muzeyi | |
---|---|
Açılış tarixi | 1967 |
Mövzu | musiqi qutusu[d] |
Ölkə | |
Yerləşir | Otaru[d] |
43°11′26″ şm. e. 141°00′27″ ş. u. | |
otaru-orgel.co.jp | |
Vikianbarda əlaqəli mediafayllar |
Oruqoru XIX əsrdə Yaponiyada populyar olmuş musiqi qutusu növü olmuşdur.[1] Xüsusilə, Otaru şəhərinə hazırladığı musiqi qutularına görə tanınmış və "Yaponiyanın musiqi qutusu paytaxtı" adlandırılmışdır.[2] Hazırda isə bu musiqi qutuları Yaponiyaya gələn turistlərə suvenir kimi satılır.[1]
Muzey 1967-ci ildə Yaponiyanın ən böyük musiqi qutusu istehsalçılarından biri olan "Orgel-Doh" şirkəti tərəfindən yaradılmışdır və Otaru şəhərində yerləşir. Muzey binası 1912-ci ildə tikilmişdir və varlı bir düyü taciri tərəfindən anbar kimi istifadə olunmuş üçmərtəbəli kərpic tikilidir.[1] Bina 1989-cu ildə tarixi bina statusu almışdır.[3]
Muzeydə minlərlə musiqi qutusunun satışının təşkil olunması ilə yanaşı, Avropaya aid antik əşyalar, avtomat-mexanizmlər və musiqi qutularının tarixini əks etdirən dioramalardan ibarət olan kiçik sərgi fəaliyyət göstərir. Muzeydə sərgilənən musiqi qutuları müxtəlif formalardadır: qar kürəsi, şahzadə qız, ayı kuklası, zodiak heyvanları, çarx, suşi və s. formasında olan musiqi qutuları ilə yanaşı burada rokoko üslubunda olan piano formasında antimon sandıqlar da sərgilənir.[1] Muzeydə müxtəlif mahnıların musiqi qutusu üslubunda versiyalarının CD-ləri saxlanılır.[2] Muzeyin kolleksiyasına 5000 müxtəlif növdən olan təxminən 80.000 musiqi qutusu daxildir.[3]
Muzeyin ikinci mərtəbəsi "Orpheus" və "Reuge" kimi brendlərə aid olan tarixi və təmtəraqlı musiqi qutularına, eləcə də, əl işi olan yerli musiqi qutularına həsr olunmuşdur. Üçüncü mərtəbədə "Arzuların səsi" adlı nostolgiya çardağı yerləşir. Burada Studio Ghibli və Monchhichi personajlarına həsr olunmuş musiqi qutuları sərgilənir.[1] Burada ziyarətçilər öz istədikləri tərzdə musiqi qutularını yarada bilərlər.[3]
Muzey binasında dünyanın ən böyük buxar saatı olan Otaru Buxar Saatı yerləşir. Bu saat dünyadakı ilk buxar saatının müəllifi olmuş Kanada saatsazı Reymond Saunders tərəfindən 1994-cü ildə tikilmişdir.[1] Saatın hündürlüyü 5,5 metr, eni 1 metr, ağırlığı 1 tondur.[3] Saat hər 15 dəqiqədən bir 5 notdan ibarət melodiya çalır və havaya buxar buraxır.[1]