Ovanes Tsaretsi

Ovanes Tsaretsi[2] və ya Ovannisik Tsaretsi (erm. ովհաննիսիկ Ծարեցի; 1560[1], Zar, Xaçın knyazlığıbilinmir[1]) — XVI əsr erməni tarixçisi.[3][4][5][6].

Ovanes Tsaretsi
Doğum tarixi 1560[1]
Doğum yeri
Vəfat tarixi bilinmir[1]

Ovanes Tsaretsi əslən Xaçın knyazlığının Tsar bölgəsindən idi. Atasının adı Melkon idi. O, Artaz qavarındakı Müqəddəs Faddey monastırında keşiş olmuşdur.[4] Buna baxmayaraq, bunun Qarabağdakı eyniadlı monastır, yəni Dadivəng ola biləcəyinə dair bir nəzəriyyə var.[3] Onu tez-tez adaşı və əmisi – 1583-cü ildə vəfat etmiş Ovannes Cahanşah oğlu Tsaretsi ilə qarışdırırlar.[7] Nerses Qnunetsi və əmisi ona təlim keçmişdir. Əlyazmaların bərpası və siyahıya alınması ilə məşğul olmuş, sonralar vardapetçi olmuşdur.[3] Sotk qavarında Müqəddəs Astvatsatsin kilsəsinin tikintisinsə iştirak etmişdir.[4] O, 1621-ci ildən sonra vəfat etmişdir.[7]

  1. 1 2 3 4 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
  2. Əfəndiyev Oqtay Əbdülkərim oğlu. Azərbaycan Səfəvilər dövləti. B.: «Şərq-Qərb». 2007. ISBN 978-9952-34-101-0.
  3. 1 2 3 Kevork B. Bardakjian. A Reference Guide to Modern Armenian Literature, 1500-1920: With an Introductory History. Wayne State University Press. 2000. 44. ISBN 978-0-81432-747-0.
  4. 1 2 3 Ованнисик Цареци // Армянская Советская Энциклопедия . 6. Ер. 1980. 567.
  5. Г. П. Хомизури. Армянская Апостольская Церковь. Святые, мученики, видные священнослужители, богословы, христианские деятели культуры: словарь. М.: «Гуманитарий». 2007. ISBN 978-5-91-367-020-5.
  6. Ованнес Цареци // Краткая Армянская Энциклопедия . 3. Ер. 1999. 381.
  7. 1 2 В. Акопян. Мелкие хроники XIII—XVIII вв. 2. Ер. 1956 [Մանր ժամանակագրություններ XIII—XVIII դդ.] 235–239.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]