Ovanes Tsaretsi[2] və ya Ovannisik Tsaretsi (erm. Հովհաննիսիկ Ծարեցի; 1560[1], Zar, Xaçın knyazlığı – bilinmir[1]) — XVI əsr erməni tarixçisi.[3][4][5][6].
Ovanes Tsaretsi | |
---|---|
Doğum tarixi | 1560[1] |
Doğum yeri | |
Vəfat tarixi | bilinmir[1] |
Ovanes Tsaretsi əslən Xaçın knyazlığının Tsar bölgəsindən idi. Atasının adı Melkon idi. O, Artaz qavarındakı Müqəddəs Faddey monastırında keşiş olmuşdur.[4] Buna baxmayaraq, bunun Qarabağdakı eyniadlı monastır, yəni Dadivəng ola biləcəyinə dair bir nəzəriyyə var.[3] Onu tez-tez adaşı və əmisi – 1583-cü ildə vəfat etmiş Ovannes Cahanşah oğlu Tsaretsi ilə qarışdırırlar.[7] Nerses Qnunetsi və əmisi ona təlim keçmişdir. Əlyazmaların bərpası və siyahıya alınması ilə məşğul olmuş, sonralar vardapetçi olmuşdur.[3] Sotk qavarında Müqəddəs Astvatsatsin kilsəsinin tikintisinsə iştirak etmişdir.[4] O, 1621-ci ildən sonra vəfat etmişdir.[7]