Övsət Abdinov (23 fevral 1944, Balakən – 29 oktyabr 2016) — fizika-riyaziyyat elmləri doktoru (1986), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2014).[1]
Övsət Abdinov | |
---|---|
Övsət Bəhram oğlu Abdinov | |
Doğum tarixi | 23 fevral 1944 |
Doğum yeri | |
Vəfat tarixi | 29 oktyabr 2016 (72 yaşında) |
Elmi dərəcəsi | |
İş yeri | |
Təhsili | |
Üzvlüyü |
Ovsət Abdinov 23 fevral 1944-cü ildə Balakən şəhərində anadan olub. 1966-cı ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Namizədlik dissertasiyasını 1972-ci ildə, doktorluq dissertasiyasını isə 1986-cı ildə müdafiə etmişdir. 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.[2]
Ovsət Abdinov müxtəlif illərdə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Belə ki, o, 1973–1975-ci illərdə Bakı Dövlət Universitetinin Nəzəri fizika kafedrasında baş müəllim vəzifəsini icra edib. 1975-ci ildən AMEA Fizika İnstitutunun Yüksək enerjilər fizikası laboratoriyasının rəhbəri olub.[2]
1993–2002-ci illərdə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ, Dubna şəh., Rusiya) baş elmi işçi vəzifələrində çalışıb.[2]
Ovsat Abdinov Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda Azərbaycan Respublikasının tamhüquqlu nümayəndəsinin müavini, həmçinin Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun Elmi Şurasının üzvü olub. O, AMEA Fizika İnstitutunun Elmi Şurasının, habelə AAK-ın Fizika üzrə Ekspert Şurasının üzvü olub. 1997-ci ildən Avropa Nüvə Tədqiqatları Mərkəzinin ATLAS kollaborasiyasında Azərbaycan Respublikasının koordinatoru vəzifəsini icra edib. Habelə ATLAS kollaborasiyasının üzvü olub.[2]
Ovsət Abdinov Bakı Dövlət Universitetinin aspiranti kimi namizədlik dissertasiyasının mövzusu üzrə tədqiqat işlərini Dubna şəhərində (Russiya), Birləşmiş Nüvə Tədqiqatlari İnstitunda, görkəmli sovet alimi, nəzəriyyəçi-fizik V. S. Baraşenkovun rəhbərliyi altında aparmışdır. Onun tədqiqatinin əsas istiqaməti adron-nüvə qarşılıqlı təsirinin nəzəri təsvirini vermək olmuşdur.
Ovsət Abdinov "Milli Grid Seqmenti" layihəsinin və yaradılmasının müəllifidir. Belə ki, 2008-ci ildə alimin təklifi və rəhbərliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun Yüksək enerjilər fizikası laboratoriyası bazasında Azərbaycanda ilk olan Milli Grid Seqmenti yaradıldı. Bu layihənin həyata keçirilməsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun dəstəyi olub.[2]
Milli GRİD Seqmentinin yaradılması Azərbaycan alimlərinin həm elmi–tədqiqat işlərinin aparılmasında və həm də müxtəlif beynəlxalq layihələrdə iştirak etməyinə şərait yaratdı. Azərbaycanda ilk milli GRİD Seqmentinin yaradılması bir sıra ölkələrdə mövcud olan GRİD şəbəkələrinə qoşulmağa imkan verir. Məsələn, CERN kimi beynəlxalq elmi mərkəzlərlə əlaqələrin genşləndirilməsinə yardım edir.[2]
Elmi fəaliyyətinin əsas istiqamətləri: yüksək enerjili adron-adron, adron-nüvə və proton–proton toqquşmalarında elementar zərrəciklərin və atom nüvələrinin xassələrinin tədqiqi. O. B. Abdinovun və həmkarlarinin təklif etdiyi kaskad modeli indiki dövrdə adron-nüvə, nüvə-nüvə qarşiliqli təsirlərinin nəzəri izahi üçün tətbiq edilən ən əsas nəzəri modellərdəndir. Bu modelin, xüsusi ilə yüksək enerjili adronların yüngül nüvələrlə qarşılıqlı təsirinin öyrənilməsinə tədbiqində və bu istiqamətdə bir çox effektlərin nəzəri izah olunmasında O. B. Abdinovun çox boyük xidmətləri var. O, ilk dəfə kollektiv nüvə effektlərini izah etmək üçün yüngül nüvələrdə klasterlərin əmələ gəlməsi ideyasini irəli sürmüş və bunu təcrübi faktlarla əsaslandırmışdır.
Xarici və yerli elmi jurnallarda 600–dən artiq dərc edilmiş məqalənin müəllifi və həmmüəllifidir. Alimin rəhbərliyi ilə 2 fəlsəfə doktoru hazırlanmışdır.[2]
Keçən əsrin 70-ci illərində Azərbaijanda bir sıra ən müasir elmi sahələrlə yanaşı, Yüksək enerjilər fizikasi da inkişaf etməyə başladı. Akademik H. B. Abdullayev, N. A. Quliyev, A. Muxtarovun təşəbbüsü və eyni zamanda akademiklər N. N. Boqolyubovun, S. N. Vernovun və B. M. Pantekorvonın dəstəyi ilə Azərbaycanda yaradılan ilk Yüksək enerjilər fizikası laboratoriyasına rəhbərlik B. Abdinova tapşırıldı. 1975-ci ildən Yüksək enerjilər fizikası laboratoriyasına rəhbərlik etmişdir. Yarandığı ilk günlərdən bu günə qədər laboratoriya öz fəaliyyətini əvvəlcə keçmiş Sovet İttifaqının, daha sonralar isə dünyanın aparıcı, beynəlxalq elmi mərkəzləri ilə hamahəng aparır. Bura ilk növbədə Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (Duban, Russiya), keçmiş SSSRİ Elmlər Akademiyasının Yüksək Enerjilər Fizikası İnstitutu (Serpuxov, Russiya) daxildir.
Azərbaycan dövlət müstəqilliyini qazandığı illər ərzində O. B. Abdinovun təşəbbüsü ilə dünyanın aparıcı elm mərkəzlərindən biri sayılan Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN, Cenevrə, İsveçrə) ilə elmi əlaqələrin yaradılması təşəbbüsü irəli sürüldü. Avropa Nüvə Tədqiqatları Mərkəzi ilə Azərbaycan dövləti arasında rəsmi əlaqələrin yaranması 1997-ci ildə prezident Heydər Əliyevin imzaladığı iki sərəncamın nəticəsində mümkün oldu. 1997-ci və 2007-ci illərdə Azərbaycan Dövləti ilə CERN arasında bağlanmış müqavilələr Azərbaycan alimlərinin Böyük Adron Kollyderi təcrübələrində iştirakına zəmin yaratdı.
Bu müqavilələr AMEA Fizika İnstitutuna dünyanın 40 ölkə və təşkilatının daxil olduğu ATLAS kollaborasiyasının işində iştirakına imkan verdi. AMEA Fizika İnstitutunun əməkdaşları Böyük Adron Kollayderinin ATLAS detektorunun həm fiziki proqramının hazırlanmasında, həm quraşdırılmasında və həm də bu qurğunun müxtəlif hissələrinin sınağında yaxından iştirak edib. Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun Böyük Adron Kollayderinin ATLAS və ALİCE kollaborasiyayalarında iştiraki Azərbaycanda da GRİD infrastrukturunun yaradılması zərurətinə gətirdi.
Elektrozəif simmetriyanın spontan pozulmasına və fundamental zərrəciklərin kütlə qazanma mexanizminə cavabdeh olan Standart Model Hiqqs bozonun eksperimental aşkar edilməsinə və xassələrinin öyrənilməsinə həsr olunmuş məqalələrin həmmüəllifləri sırasında O. B. Abdinov və əməkdaşlarının da adları vardır.
Ovsat Abdinov xarici və yerli elmi jurnallarda 800–dən artıq məqalənin müəllifi və həmmüəllifidir. O, 2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
O. B. Abdinovun çox boyük xidmətlərindən biri də gənc ixtisasçıların elmi–tədqiqat işlərinə cəlb edilməsidir. Bu illər ərzində o, laboratoriyaya Respublikamızın müxtəlif Universitetlərindən 100 – dən artiq gənc mütəxəssis işə cəlb edib. Bu gənclər arasında ixtisasca həm fizik, həm də riyaziyyatçı olub. Bu gənclər mütəmadi olaraq Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna (BNTİ), Yüksək Enerjilər Fizikası İnstitutuna (YEFİ) və CERN–ə ezam edilirlər.
Keçmiç SSRİ-nin və Azərbaycanın bir sıra qrantlarının qalibi olub. Dünyanın aparıcı informasiya və verilənlər bazası sayılan Thomson Reuter təşkilatının ən çox istinad edilmiş məqalələr sırasında Böyük Adron Kollayderinin ATLAS təcrübəsində O. B. Abdinovun rəhbərlik etdiyi Azərbaycan alimləri qrupu birinci yeri tutub.
Ovsat Abdinovun rəhbərliyi altında SSSİ-nin 2 Dövlət proqramı, RFFİ-nin 2 qrantı, STCU-nun 1 qrantı, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun 1 qrantı başa çatdırılıb.[2]
Ovsat Bəhram oğlu Abdinov uzun sürən xəstəlikdən sonra 29 oktyabr 2016-cı ildə vəfat edib.[2]