Ovuc daşlayıcı (danışıq dilində Laqonda adıyla tanınır), cilama və doğrama məqsədilə işlənən səyyar elektrik alətdir. Memarlıqda, metal işçiliyində, taxtaçılıqda və dülgərlikdə daha çox işlənilir.
Ovuc daşlayıcılar elektrik və ya benzin motorları, eləcə də sıxılmış hava əsasında işləyə bilər. Alət işə salınanda ovuc daşlayıcının başlığı üstündəki diski hərəkətə başladır.
Ovuc daşlayıcı 1954-cü ildə Steinheim an der Murr adlı Almaniya şəhərində Ackermann + Schmitt (FLEX-Elektrowerkzeuge GmbH) şirkəti tərəfindən icad edilib, və bu səbəbdən uzun zaman çox ölkələrdə bu aləti sadəcə "Fleks" (ing. Flex) adlandırırdılar. 1970-ci illərdə SSRİ ərazisinə gətirilən modellərinin çoxusun Bolqarıstanda istehsal olduğuna görə aləti "Bolqarka" (rus. Болгарка) adlandırmağa başladılar, lakin sovet xalqları leksikonlarından başqa bu söz həmin mənada heç bir dildə işlənmir.