Oxrid-Prespa qoruğu (mak. Прекуграничен биосферен резерват „Охрид-Преспа“ ; alb. Oher – Prespe, Rezerve Ndërkufitare Biosfere) ― Şimali Makedoniya və Albaniya sərhəddindəki Oxrid və Prespa göllərini əhatə edən qoruq.[2] Qoruq su hövzələri və ətrafındakı dağlıq relyefi əhatə edən 446 244,52 hektar əraziyə malikdir.[3]
Oxrid-Prespa qoruğu | |
---|---|
Sahəsi |
|
Yaradılma tarixi | 2014 |
Yerləşməsi | |
41°00′36″ şm. e. 20°42′00″ ş. u. | |
Ölkə | |
|
Oxrid-Prespa bölgəsi 11 iyun 2014-cü il tarixində İsveçdə keçirilən UNESCO beynəlxalq komissiyasının sessiyasında biosfer qoruğu elan edilmişdir.[3][4]
Oxrid-Prespa qoruğu göllərin ətrafındakı dağlıq ərazilərdən başlayaraq su hövzələri ətrafındakı subtropik meşələrə qədər müxtəlif ekosistemləri əhatə edir.[2] Oxrid-Prespa göl sistemi Avropadakı ən böyük sistemlərdən biridir. Hər iki göl geoloji və bioloji bənzərsizliyinə görə milli və beynəlxalq səviyyədə müstəsna dəyərə malikdir. Oxrid gölü endemik növləri ilə məşhurdur (200-dən çox) və bunlardan beşi gölün içindəki mikroekosistemlərlə məhdudlaşır. Göldəki on yeddi balıq növündən Oxrid alabalığı (Salmo letnica) da daxil olmaqla onu endemikdir.
Ərazidə həmçinin Balkan şamından (Pinus peuce) ibarət endemik və unikal meşə zolaqları var.
Məməlilər Oxrid-Prespa qorğunda qorunması qoruq üçün vacib olan ikinci ən vacib növ qrupunu təmsil edir. Məməli növlərinə Balkan talpası ( Talpa stankovici ), Balkan vaşaqı (Lynx lynx martinoi), boz canavar (Canis lupus), qonur ayı (Ursus arctos) və başqaları daxildir. Balkan vaşaqı son dərəcə nadir bir növdür və özünəməxsus yüksək simvolik dəyəri var. Qoruqda xüsusi qeydiyyat altına alınmış quş növü qıvrımlələk qutandır (Pelecanus crispus). Prespa bölgəsi Avropadakı quş növlərinin yarıdan çoxunu təmsil edən təxminən 260 quş növünə ev sahibliyi edir.[2] Bu ərazidə təxminən 140 quş növü yuva qurur.
Demoqrafik cəhətdən nisbətən sabit olan yaşayış məntəqələri yalnız keçid zonalarında yerləşir.[2] Bununla birlikdə ərazidəki digər məskunlaşma bölgələri (xüsusən Oxrid gölü sahilindəki Oxrid və Struqa şəhərləri və Albaniyanın Poqradets şəhəri) turizm mövsümü ərzində minlərlə ziyarətçi qəbul edir.
Albaniyada yerli əhalisinin əsas iqtisadi fəaliyyəti keçid bölgəsində və sərhəd zonasının bəzi hissələrində mövcud olan əkinçilikdir.[2] Bu yaxınlarda ənənəvi əkinçiliklə paralel olaraq yeni yaşayış məntəqələrinin yaranmasına səbəb olan qida emalı sənayesi də əhəmiyyətli dərəcədə inkişaf etmişdir. (xüsusilə Korça şəhərində)
Qoruq ərazisindəki inkişafın ən vacib sektoru ilkin sektordur. Bir çox ərazidə fərdi mülkiyyətə aid təsərrüfatlar daha intensiv yayılmış istehsal növləri ilə əvəz olunur (məsələn, Resendəki böyük bağlar). Bəzi dağlıq ərazilərdə isə meşə təsərrüfatı əhəmiyyətli iqtisadi fəaliyyətdir. Sərhəd ətrafı ərazilərdə maldarlıq da geniş yayılmışdır.[2]
Turizm qoruq ətrafındakı bütün ərazilərin inkişafının əsas sahəsidir. Təkcə Oxrid şəhəri axının ən yüksək olduğu mövsümdə yerli əhalidən (42 000) altı dəfə çox ziyarətçi qəbul edir.
Göllərə ekoloji və iqtisadi təsirləri olan digər bir əsas fəaliyyət isə balıqçılıqdır.