Oxynoemacheilus angorae

Anqor çılpaqçası (lat. Oxynoemacheilus angorae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin nemacheilidae fəsiləsinin çılpaqça cinsinə aid heyvan növü.

Anqor çılpaqçası
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
Dəstəüstü:
Ranqsız:
Ranqsız:
Fəsilə:
Növ:
Anqor çılpaqçası
Beynəlxalq elmi adı

Morfoloji əlamətləri

[redaktə | mənbəni redaktə et]

Quyruq üzgəci demək olar ki, çökəksizdir. Döş üzgəcləri nisbətən uzun və böyükdür. Üst çənəsində dişvari çıxıntı vardır. Bel üzgəcində 7-8, anal üzgəcində 5 şaxəli şüa, bütün cüt olmayan üzgəclərində o qədər də düzgün olmayan sıralar əmələ gətirən tünd xallar vardır. Cinsi yetkin fərdlərin yan xətlərində deşiklər aydın görünür. Bədənində xırda pulcuqlar, yanlarında müxtəlif ölçülü və quruluşu xallar vardır. Quyruq gövdəsi orta hesabla quyruq üzgəci uzunluğundadır. Döş üzgəcləri erkəklərdə uzun olub, qarın üzgəclərinə çatmağa az qalır. Anqor çılpaqçası digər çılpaqça növlərindən aşağıdakı əlamətlərlə fərqlənir. Kür çılpaqçasının bel üzgəcində 8 şaxəli şüa, Şimal Qafqaz çılpaqçasında 7, Anqor çılpaqçasında isə 7-8 şüa olur. Anqor çılpaqçası digər çılpaqçalardan başının hündür,üzgəclərinin uzun olması ilə fərqlənir.

O qədər də geniş yayılmayıb, arealı Kiçik Asiya sahillərində Qara dənizə tökülən çaylar, Yuxarı Araz hövzəsi, Çaldırgölü, Egey dənizinə tökülən Kəmər çayı ilə məhdudlaşır. Azərbaycanda Həkəri, Köndələn Quru, Naxçıvan, Cəhri, Əlincə çaylarında, Orta Kür hövzəsində isə Ağstafaçayda rast gəlinir. Qarqarçayda və onun qollarında çox saylıdır. Azərbaycanda Lənkəran yarımnövü ilə təmsil olunmuşdur.

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Yaxşı axımlı, daşlı və ya daşılı-umlu dibi olan kiçik çaylardayaşayan şirinsu balığıdır. Bentosyeyəndir, xironomid, gündəcə sürfələri və başqa balıqların kürüsü ilə qidalanır. Nadir hallarda taxtabitiləri yeyir. Göndələnçayda iyun ayında tədqiq edilən balıqların mədəsində çoxlu tendipedid sürfələri və balıq kürüləri tapılmışdır.

Cinsi yetkinliyə bədəninin uzunluğu 40 mm-i aşarkən çatır. Kürü hissə-hissə yetişir, iyunun sonunda tökülür. Uzunluğu 32–55 mm, kütləsi 0,55-2,90 q olan balıqların məhsuldarlığı 1224-1250 (orta hesabla 623) kürü arasında dəyişir. Yetkinlik mərhələsində kürünün diametri 0,55-0,80 mm, dişiləri yetkinlik əmsalı isə ortalama 10,2-yə bərabər olur.[1]

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Anqor çılpaqçası təsərrüfat əhəmiyyəti olmayan balıqlardandır.

  1. Əsgerov F.S., Zaytsev Y.Y., Qasımov R.Y., Quliyev Z.«Biomüxtəliflik: Xəzərin əsrarəngiz balıqları» “Bəşər-XXI” nəşriyyatı, Bakı, 2003.