Oxynoemacheilus merga

Şimali Qafqaz çılpaqçası (lat. Oxynoemacheilus merga) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin nemacheilidae fəsiləsinin çılpaqça cinsinə aid heyvan növü.

Şimali Qafqaz çılpaqçası
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
Dəstəüstü:
Ranqsız:
Ranqsız:
Fəsilə:
Növ:
Şimali Qafqaz çılpaqçası
Beynəlxalq elmi adı

Morfoloji əlamətləri

[redaktə | mənbəni redaktə et]

Şimali Qafqaz çılpaqçasının gözləri kiçik, burnu kütdür. Rəngi tünddür, bədənində düzgün yerləşməmiş qonur xallar var. Bu xalları quyruq, bel və döş üzgəclərində də görmək olar. Bel üzgəcinin arxasında belində 4–6 iri xal var.

Xaçmaz rayonunun çaylarında və Samur çayında yayılmışdır. Azərbaycan hüdüdlarından kənarda Kuban, Kuma, Terek və Sulak çaylarında yayılmışdır.

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Biologiyası öyrənilməmişdir. İti axımlı çaylara üstünlük verir, daşların arasında durur.[1] Bulaqçı, gündəcə və xironomid sürfələri ilə qidalanır.

Əldə olunan cüzi məlumata görə uzunluğu 71 mm-ə çatır. 45 mm və daha çox uzunluqda cinsi yetkinliyə çatır.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Şimali Qafqaz çılpaqçasının heç bir təsərrüfat əhəmiyyəti yoxdur.

  1. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s.124.