Ozan — 1981-ci ildən 1990-cı ilə qədər fəaliyyət göstərmiş Azərbaycan rok qrupu.[1] "Ozan" qrupunun repertuarında əksər mahnılar ictimai və siyasi məzmunlu idi. Qrup Azərbaycan dilində ilk rep "Dünənki keçdi", "Dodaqda gəz" və "Böl görüm" – azərbaycanca ilk rok-n-roll, "İnsan və avtomat" – ilk texno-rok janrlarında mahnılar yaratmışdır.
Ozan | |
---|---|
Əsas məlumatlar | |
Üslub | Rok, rok-n-roll |
Fəaliyyət illəri | 1981–1990 |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Dil | Azərbaycan dili |
Heyət |
Rasim Müzəffərli (vokal, piano, gitara, tar) Çingiz Mustafayev (qrupun səhnə və səs rejissoru) Qulu Cəbrayılov (vokal, gitara, saz, skripka, zərb alətləri) İlqar Sultanov (vokal, bas-gitara) İsgəndər Ələsgərov (vokal, zərb alətləri) Aygün Kazımova (vokal) Abbasqulu Nəcəfzadə (kamança, ud, saz, ney, tütək, balaban, zurna) Məhərrəm Nəcəfzadə (tar, saz, ney) Qərib Bahadurov (vokal, piano) Azər Mehdiyev (vokal, piano) Rauf Rəhimov (bas-gitara) Tərlan Muradxanov (zərb alətləri) Aleksandr Mateusov (gitara) İlham Ələsgərov (gitara) Şahin Yahya (klarnet) Leonid Sergeyev (bas-gitara) Ceyhun Əhvərov (piano) Natiq Nuri (skripka) Fərhad Xancan (gitara) |
Qrup 1981-ci ildə yaranıb. İdeyanın özü isə o vaxt Azərbaycanın ən gənc rektoru olan 32 yaşlı Bünyad Sərdarova məxsus idi.[2] Qrup xaricdə keçirilən müxtəlif festivallarda, müsabiqələrdə və digər tədbirlərdə iştirak edirdi.[2] 1987-ci ildə "Ozan" qrupu SSRİ-nin müxtəlif respublikalarından olan gənclərdən ibarət nümayəndə heyəti tərkibində Mərkəzi-Qərbi Afrikanın bir sıra ölkələrində (Qana, Qvineya, Konqo, Anqola, Benin) festivallarda və konsertlərdə iştirak edib. Azərbaycanı o səfərdə 50 nəfərdən çox nümayəndə heyəti, o cümlədən "Ozan" qrupu təmsil edirdi.[2]
"Ozan" qrupunun repertuarında əksər mahnılar ictimai və siyasi məzmunlu idi. "Ozan" qrupu klassik rok qruplar kimi deyildi, müxtəlif janrlarda mahnılar ifa edirdi. Onların arasında rok-n-roll, caz-rok, texno-rok, pop, reqqi və hətta rep də vardı.[2] Qrupun mahnılarında gənclər arasında yayılmış müxtəlif müasir musiqi cərəyanları Azərbaycan folklor musiqisi, muğamı və şeir ənənələri ilə birləşirdi.[2]
Qrup Azərbaycan dilində ilk rep "Dünənki keçdi", "Dodaqda gəz" və "Böl görüm" – azərbaycanca ilk rok-n-roll, "İnsan və avtomat" – ilk texno-rok janrlarında mahnılar yaratmışdır.[2]