Ozan Kökçü

Ozan Can Kökçü (18 avqust 1998[1][2], Harlem[d][4][5]) — Veikkausliiga klubunun HJK Helsinki klubunda hüçumçu kimi çıxış edən peşəkar futbolçu.[6]

Ozan Kökçü
Ümumi məlumatlar
Doğum tarixi 18 avqust 1998(1998-08-18)[1][2] (25 yaş)
Doğum yeri
Vətəndaşlığı Niderland Niderland
Azərbaycan Azərbaycan
Boyu 1,76 m [3]
Çəkisi 66 kq
Mövqeyi Hücumçu
Əsas ayağı sağ-sol
Klub haqqında məlumat
Klub Helsinki FK
Karyerası
Klub karyerası[* 1]
2017–2018 Türkiyə Bursaspor
2018  Niderland RKC Waalwijk
2018–2019 Türkiyə Giresunspor
2019–2021 Azərbaycan Sabah FK
2021  Niderland SK Telstar
2021–2022 Niderland SK Telstar
2022–2024 Niderland PSV Eyndhoven FK
2024– FinlandiyaHelsinki FK

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

1998-ci il 8 avqust tarixində Niderlandda anadan olub, Azərbaycan millisində çıxış edir.

Klub Karyerası

[redaktə | mənbəni redaktə et]

Bursaspor

29 mart 2017-ci ildə Ozan Kökçü Bursaspor ilə 4 illik müqavilə imzalayıb. O. Kökçü "Bursaspor"da debütünü 26 oktyabr 2017-ci il tarixində, Türkiyə kubokunda "Yeni Altındağ Belediyespor"la səfər oyununda edib. Oyun 0:0 hesabı ilə başa çatıb.

Valveyk

28 dekabr 2017-ci ildə RKC Valveyk klubu Ozan Kökçü ilə bir mövsümlük icarə müqaviləsi imzaladığını elan edib. O, 12 yanvar 2018-ci ildə Yonq AZ-a qarşı ev oyununda 1:0 hesablı qələbə qazanaraq Valveyk üçün I Diviziyada debüt edib. O, klubda qol hesabını 6 aprel 2018-ci il tarixində, oyunun 4-cü dəqiqəsində açıb. Oss-a qarşı 3–1 məğlub olub. Kökçü 2017–2018-ci illər mövsümündə 14 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə edib.

Giresunspor

2 avqust 2018-ci ildə Kökçü TFF Birinci Liqa təmsilçisi Giresunspor ilə üç illik müqavilə imzalayıb.

O, 12 avqust 2018-ci ildə "Eskişehirspor" a qarşı evdə 3:1 hesablı qələbə qazanaraq "Giresunspor"un heyətində liqada debüt edib.

Sabah

21 avqust 2019-cu ildə Kökçü Azərbaycan Premyer Liqa təmsilçisi "Sabah" la iki illik müqavilə imzalayıb. 13 yanvar 2021-ci ildə o, Hollandiyanın ikinci dərəcəli I Diviziyasında Telstar klubuna altı aylıq icarəyə göndərilib.

Telstar

2021-ci ilin avqustunda Kökçü Telstar ilə iki illik daimi müqavilə imzalayıb.

PSV Eyndhoven

Kökçü 6 avqust 2022-ci ildə "PSV Eyndhoven"ə qoşulub və əlavə bir il icarə ilə iki illik müqavilə imzalayıb.

HJK Helsinki

31 iyul 2024-cü ildə Finlandiyanın Veikkausliiga klubu HJK Helsinki ilə 2026-cı ilin sonuna qədər müqavilə imzaladığını açıqlayıb.[6]

Beynəlxalq karyera

Kökçü UEFA Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində 31 avqust 2017-ci ildə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə İsrail U21-ə qarşı keçirilən oyunun iştirak ərizəsinə daxil edilib.[7]

Kökçü türk əsilli futbolçudur. O, Benfika klubunda çıxış edən və Türkiyə millisinin futbolçusu olan peşəkar futbolçu Orkun Kökçünün böyük qardaşıdır. 2021-ci ilin yanvar ayında Kökçü Hollandiyada uzun müddətdir sevgilisi olan Sevillə ailə qurub.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]