Pınar Dəniz (4 noyabr 1993, Adana) — Türk aktrisa.
Pınar Dəniz | |
---|---|
Pınar Dəniz | |
Doğum adı | Pınar Dəniz |
Doğum tarixi | 4 noyabr 1993 (29 yaş) |
Doğum yeri | |
Milliyyəti | Türkiyəli |
Vətəndaşlığı | |
Fəaliyyəti | Aktyor |
Fəaliyyət illəri | 2014-günümüz |
Təhsili | |
Boyu | 167 sm |
Çəkisi | 60 kq |
IMDb | ID8496758 |
Pınar, 4 noyabr 1993-cü ildə Mardinli və Ərəb kökənli bir ailənin uşağı olaraq Adanada dünyaya gəlmişdir. [1][2] İki yaşından etibarən İstanbula gəlmiş və burada böyümüşdür. İstanbul Universiteti İctimaiyyətlə Əlaqələr və Reklam bölməsindən məzun olmuşdur.[3] İlk dəfə 2014-cü ildə özünü aktyorluq sahəsində sınamışdır. Sil başdan adlı serialda Evrim obrazını canlandırmışdır. Müğənni Murad Dalkılıçın Yəni adlı musiqisinin klipində yer almışdır. 2016-2018-ci illərdə məşhur Vətənim sənsən serialında Ulduz obrazını oynamışdır. FOX TVdə yayımlanan Bir Dəli Rüzgar serialında Bərk Cankatla partnyor olmuş,Gökçə rolunu canlandırmışdır.
Netflix platformasında Burcu xarakterile Aşk 101 serialında yer almışdır. Hal-hazırda, 2021-ci ildə Kanal D tərəfindən ekranlaşdırılan Yargı serialında Ceylin Ərguvan Qaya rolunu canlandırır.