Adana ili — Türkiyənin cənubunda, Aralıq dənizi regionunda, Aralıq dənizi sahilində yerləşən il. İnzibati mərkəzi Adana şəhəridir. Şimaldan Kayseri, şimal-şərqdən Qəhrəmanmaraş, şərqdə Osmaniyə, cənub-şərqdə Hatay, cənubda Aralıq dənizi, cənub-qərbdə Mersin, qərbdə Niğdə illəri ilə əhatələnib. Ölkənin ən sıx əhalinin yaşadığı altıncı ildir. Adana ili ümumilikdə 15 ilçədən, 16 bələdiyyədən, 508 kənddən ibarətdir.
İl | |
Adana | |
---|---|
türk. Adana | |
37°22′06″ şm. e. 35°42′22″ ş. u.HGYO |
|
Ölkə | Türkiyə |
Daxildir | Aralıq dənizi regionu |
İnzibati mərkəz | Adana |
Vali | Mustafa Böyük |
Bələdiyyə sədri | Hüseyn Sözlü (MHP) |
Tarixi və coğrafiyası | |
Sahəsi | 14.030 km² |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 2 165 595[1][2] nəfər (2014) |
Əhalinin sıxlığı | 152 nəfər/km² |
Etnik tərkib | Türklər, Kürdlər, Ərəblər və s. |
Dini tərkib | Sünni (İslam), Katolik (Xristian), İudaizm |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | TR-01 |
Telefon kodu | (+90) 322 |
Poçt indeksi | 01000 |
Avtomobil nömrəsi | 01 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Adana il mərkəzi Mersin, Adana, Osmaniyə, Hatay illərini əhatə edən Çukurova coğrafi bölgəsində yerləşir. Bu bölgə tarixən Luvilərin, Arzavaların, Xetlərin, Assuriyalıların, Farsların, Yunanların, Selevkilərin, Kilikiyalıların, Romalıların, Bizanslıların, Abbasilərin, Səlcuqluların, Məmlüklərin, Ramazanoğullarının və Osmanlıların hakimiyyəti altında olub. 1922-ci il tarixində Fransızların bölgədən çəkilməsi ilə bölgə Türkiyə Cümhuriyyətinin torpaqlarına qatılıb
1986-cı ildə qəbul edilən 3306 saylı qanunla Adana şəhər inzibati ərazi dairəsi (ŞİƏD) statusu verilib.[3] İlk əvvəl Seyhan və Yüreğir ilçələri Adana bələdiyyəsi tabeçiliyinə daxil olub. 2004-cü ildə qəbul edilən 5216 saylı qanuna uyğun olaraq Adana şəhər inzibati ərazi dairəsi sərhədləri genişləndirilib[4] və yeni sərhədlər daxilində qalan 5 ilçə şəhər ilçə bələdiyyələri kimi təsis edilib.
31 dekabr 2022-ci il tarixinə olan rəsmi hesablamalara görə 2.274.106 əhalisi ilə Türkiyənin altıncı ən sıx əyalətidir. Əyalətin inzibati mərkəzi əyalət sakinlərinin 78,25%-nin yaşadığı Adana şəhəridir. O, həmçinin digər Kilikiya əyalətləri olan Mersin, Osmaniye və (şimal) Hatay ilə sıx əlaqələrə malikdir.
Bir çox mənbələrə əsasən Adana toponimi e.ə. XVI–XIV əsrlərdə Hett imperatorluğu dövründə Kiçik Asiyada mövcud olmuş Kizzuvata krallığına aid Adanya adlı şəhərin adından yaranıb. Digər mənbələrə əsasən isə Adana ilinin adı bir qədər mifologiyaya dayanır. Belə ki, Bizanslı Etienin qeydlərinə görə, şəhər Göy tanrısı Uranın iki oğlu "Adan" və "Sar" Tarsus xalqı ilə müharibələrdən sonra Adanın şərəfinə Adania adlandırılıb. E.ə. 1650-ci ildə Boğazkənd yazılarında "Uru Adania" olaraq qeyd edilir.
E.ə. VIII əsrdə yaşamış yunan mütəfəkkiri Homerin "İlliada" poemasında şəhərin adı "Adana" kimi xatırladılır. Adana adı müxtəlif məktublarda Erdene, Edene, Ezene, Azana və Batana şəklində yazılıb.[5] "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti"ndə (II cild) qədim türk dillərində adana/adına/aduna toponiminin "axtalanmış dəvə; at ilxısı; at saxlanılan yer" mənalarında işlənildiyinə əsasən Türkiyədəki Adana adlı şəhərin adının da, "ilxısı olan, at saxlanılan yer" kimi izah olunması barədə mülahizələr irəli sürülüb.[6]
Arxeoloji araşdırmalar nəticəsində əldə olunan məlumatlara əsasən Çukurova bölgəsində qədim dövrlərdən yaşayışın mövcud olduğu təsdiqlənib. Çukurovanın müəyyən edilmiş tarixi Kizuvatna Krallığı ilə başlayır. Bununla bağlı Xet dövlətinə aid kitablarda məlumatlar var. Kizuvatna Krallığı, E.ə. 1335-ci ildə Xetlərin himayəsinə daxil olub.[7] Het dövləti E.ə. 1191-1189-cu illərdə qərbdən gələn axınlar nəticəsində süqut etmiş və parçalanıb. Xetlərdən sonra bölgədə hakimiyyəti yeni yaranmış Kue Krallığı ələ keçirib. E.ə. IX əsrdə Assuriya, Kilikiya çarlığı, E.ə. VI əsrdə Əhəmənilər İmperiyası, E.ə. 333-cü ildə Makedoniyalı İsgəndərin İmperiyası, E.ə. 323-cü ildə Selevkilər İmperiyası, Çukurova dəniz quldurları, E.ə. 66-cı ildə Roma İmperiyası bölgədə hakimiyyəti ələ alıblar. Roma dövründə Çukurova və Adananın inkişaf etdiyi ehtimal edilir. Çünki burada inşa edilən böyük körpülər, yollar, su kanalları Adana və Çukurovanın inkişafına və önəmli bir ticarət mərkəzi olmasına şərait yaradıb. Roma İmperiyasının parçalanması ilə Qədim dövr sona çatıb.[8][9]
Roma və Bizans dövründə inkişaf edən, bölgədə əhəmiyyətli bir ticarət mərkəzinə çevrilən Adana, 704-cü ildə Əməvilər xilafəti tərəfindən işğal edilir. Abbasi xəlifəsi Harun ər-Rəşid tərəfindən qədim Adana qalası bərpa olunub. IX əsrdə Adana bölgənin mədəniyyət və ticarət mərkəzinə çevrilmişdi. IX əsrdə bölgənin idarəsi Yazman adlı türk sərkərdənin əlində idi və o bölgəni bəzən müstəqil idarə edirdi. Daha sonralar Misirdəki Tulunilər sülaləsi bölgəni ələ keçirdi. Bizans dövləti Abbasilərin zəifləməsindən istifadə edib X əsrdə bölgəni işğal edir. 1071-ci ildə Səlcuq sultanı Alparslan Malazgird döyüşündə Bizanslıları darmadağın etdi və bölgəni ələ keçirdi. Səlcuqluların dövründə Çukurovanın şərqinə türklər köçməyə başladı. 1097-ci ildə Səlib yürüşləri ilə Adanada Səlcuqluların hakimiyyəti sona çatdı. XIV əsrdə Misir Məmlük Sultanlığı bölgəni ələ keçirdi və bölgəyə çoxlu sayda türkmənləri köçürdü. 1352-ci ildə bölgədə Yüreğir boyundan olan Ramazan bəy Yüreğir paytaxtı Adana olan Ramazanoğulları bəyliyinin əsasını qoydu. Ramazanoğulları dövründə Adana inkişaf edir, yeni məscidlər, saraylar tikilirdi.[10] 1517-ci ildə Osmanlı sultanı I Səlimin Misir yürüşündə Ramazanoğulları bəyliyi Osmanlıların hakimiyyətini qəbul etdi[11] və 1608-ci ilə qədər onlara bölgəni idarə etmək icazəsi verildi.[8][9][12]
Adana 1672-ci ildə Osmanlı imperiyasına qarşı Misirdə üsyan qaldırmış Kavalalı Mehmed Əli Paşa tərəfindən ələ keçirildi və Misir Ordusunun qərargahı olaraq istifadə edildi. 1840-cı ildə ilin ərazisi London müqaviləsinə əsasən Osmanlılara geri qaytarıldı. 1867-ci ildə ərazi yeni yaradılmış Adana vilayətinə daxil edildi. 1886-cı ildə Mersin-Adana dəmiryolunun istifadəyə verilməsi ilə Adanada iqtisadi həyat dirçəlməyə başladı. 1909-cu ildə Erməni üsyançılar şəhərdə fəallaşsalar da qısa müddətdə üsyanlar yatırıldı. I Dünya Müharibəsi dövründə Tavr və Gavurdağı tunelləri və Bağdad dəmiryolu ilə şəhər İstanbul və Suriya arasında körpü rolunu oynayırdı.[8][9]
Osmanlı dövlətinin ağır məğlubiyyətlə çıxdığı I Dünya Müharibəsindən sonra ölkə ərazisi parçalanıb, torpaqları işğal edilmişdi. Mudros barışı ilə Osmanlı dövləti imperiya torpaqlarını Avropa ölkələrinə buraxaraq geri çəkilmişdi. 31 oktyabr 1918-ci ildə Mustafa Kamal Paşa alman komandan Liman Ven Sandersin tabeliyindəki ordunun rəhbərliyini ələ almaq üçün Adanaya gəldi. 23 noyabr 1918-ci ildə İstanbul hökuməti Adana əhalisindən şəhərin boşaldılmasını istəmiş ancaq yerli əhali buna etirazını bildirmişdi. 24 dekabr 1918-ci ildə Mersin limanından Çukurova bölgəsinə daxil olan işğalçılar Adananı işğal edirlər. Bundan sonra Adana və ətrafına erməni ailələri köçürüldü.
1918–1919-cu illərdə Adana ilində teror hökm sürürdü. Abdiağa fermasında baş verən hadisələr, şəhərdə baş verən cinayətlər, Daşkörpüdə türklərin çarmıxa çəkilməsi və işgəncəyə məruz qalması yerli xalqın yaddaşında silinməz izlər buraxmışdı. Terrorizmin hakim olduğu Adana və ətraf bölgələrində təşkilatlanmalar başladı. Türklər Kilikiya Milli Qüvvələr Təşkilatı yaratdı. 1920-ci ilin fevralından etibarən KMQT qüvvələri düşmən üzərində qələbələr əldə edərək dirəniş hərəkatını daha da çoşdururdu. 1920-ci ildə Tavr dağlarından Fransızlara hücumlar başladıldı. 27 may 1920-ci ildə Fransız komandan Mehil əsir alındı. "Karboğazı hadisəsi" adlanan hadisə Kuvayi Milliyənin ilk siyasi qələbəsi idi. 28 may 1920-ci ildə Fransızlar Mersin-Adana xəttinə geri çəkilmiş və Şimali Çukurova bölgəsini tamamilə tərk etmişdilər. 10 iyun 1920-ci ildə ermənilər türklərə qarşı şiddətli soyqırım həyata keçirdilər. Nəticədə çoxlu sayda türk Tavr dağlarına doğru qaçdı.[13] 5 avqust 1920-ci ildə Mustafa Kamal paşa, Fevzi bəy və millət vəkilləri Pozantıda konqresə toplaşdılar. 20 oktyabr 1921-ci ildə Ankarada Fransa Türkiyə ilə sülh müqaviləsi bağladı[14] və TBMM hökumətini rəsmən tanımalı oldu. 5 yanvar 1922-ci ildə Fransızlar Çukurovadan gətirdikləri ermənilərlə birgə tamamilə çıxıb getdilər.[8][9]
Adananın coğrafi quruluşu iki hissədən ibarətdir: dağlıq və düzənlik.
İlin şimal-qərbi, şimalı və şimal-şərq hissələrində Orta Tavr dağları yerləşir. Şərq sərhəddi Tavr dağ sisteminə daxil olan Amanoslarda dayanır. Orta Tavr dağları 3 hissəyə bölünür. Bunlar qərbdən başlayaraq Bolkar dağları (ən yüksək zirvəsi Gavur dağı 3337 m), Aladağları (ən yüksək zirvəsi Demirkazık dağı 3756 m) və Taxtalı dağlarıdır. Orta Tavr dağlarının şimal-şərqindən uzanan Binboğa dağları Adana ilindən çıxaraq Qəhrəmanmaraş ilinə doğru uzanır.
Adana düzənliyi adlanan hövzənin bir hissəsi Çukurova düzənliyi, şimal hissəsinə isə Anavarza düzənliyidir. İki düzənliyi Misis dağları ayırır. Misis dağlarının ən yüksək zirvəsi Cebelinur dağıdır ki, hündürlüyü 770 m-dir.[15]
Seyhan və Ceyhan çayları Adana ilindən axır. Uzunluğu 560 km olan Seyhan çayı şimalda Tavr dağlarından Zamantı suyu adı ilə başlayar və Göksü ilə Seyhan adında birləşir və qərbdə Dəli burnundan dənizə tökülür.
509 km uzunluğundakı Ceyhan çayı Adana və Aralıq dənizi regionunda böyüklüyünə görə ikincidir. Əlbistanının şimalındakı dağlardan başlayır. Ceyhan çayı əvvəllər Seyhan çayı kimi Karataşın qərbindən dənizə tökülürdü. Ancaq müasir dövrdə çay məcrasını dəyişmiş və Bebeli boğazını yarıb İsgəndərun körfəzinə tökülür. Seyhan çayı Baraj gölündən başqa cənuba Ağyatan, Ağyayan, Tuzlagölü kimi bir neçə sahil gölü və Aladağlarındakı Yeddi göllər adlı kiçik buzlaq göllər yaradır.[15]
Adana Aralıq dənizi iqlim tipi hakimdir. Yaz ayları isti və quraq, qış ayları sərin və yağışlı keçir. Orta yağıntıı miqdarı 625 mm-dir. İlik təqribən 74 günü yağışlı keçir. Yağışlar ən çox qış aylarında, ən az isə yaz aylarında yağır. Ən soyuq ay Yanvar, ən isti ay Avqust ayıdır. Belə ki, yanvarda təxmini 9 C° isti, avqustda isə 28 C° isti olur.[15]
İqlim göstəriciləri | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Aylar | Yan | Fev | Mart | Apr | May | İyun | İyul | Avq | Sen | Okt | Noy | Dek | |
Orta temperatur (°C) | 9,6 | 10,5 | 13,6 | 17,6 | 21,8 | 25,7 | 28,2 | 28,5 | 26,1 | 21,6 | 15,4 | 10,9 | |
Maksimum temperatur °C | 15,1 | 16,2 | 19,6 | 23,8 | 28,2 | 31,7 | 33,7 | 34,4 | 33,1 | 29,1 | 22,2 | 16,7 | |
Minium temperatur °C | 5,4 | 6,1 | 8,6 | 12,3 | 16,1 | 20,2 | 23,6 | 23,8 | 20,8 | 16,3 | 10,7 | 6,9 | |
Günəşli saatlar (saat) | 4,7 | 5,2 | 5,8 | 6,9 | 9,1 | 10,5 | 10,6 | 10,2 | 8,8 | 7,2 | 5,7 | 4,5 | |
Yağışlı günlərin sayı | 9,7 | 9,9 | 10,0 | 9,9 | 6,5 | 3,4 | 1,9 | 1,8 | 3,2 | 5,7 | 7,8 | 10,6 | |
Mənbə: [1] Arxivləşdirilib 2015-03-15 at the Wayback Machine |
Adana ilinin 2014-cü il statistikasına görə əhalinin sayı 2 165 595 nəfərdir[2]. Bu əhalinin 1 082 497 nəfəri kişi (49,99%), 1 083 098 nəfəri qadındır (50,01%). Son 5 ilin statistik göstəricilərinə görə Adana ilinin əhalisi artmaqda davam edir. 2010-cu ildə 2 085 225 nəfər, 2013-cü ildə isə 2 149 260 nəfər. 2013-cü ilə nisbətən 2014-cü ildə rayon əhalisi 0, 76% artmışdır. Ən çox əhali Seyhan ilçəsində (779 232 nəfər), ən az isə Saimbəyli ilçəsində (16 000 nəfər) yaşayır.[16][17]
İlçə adı | 2010 | 2011 | 2012 | 2013 | 2014 |
---|---|---|---|---|---|
Aladağ | - | 16 171 | 16 087 | 17 221 | 17 113[18] |
Ceyhan | - | 154 920 | 155 010 | 159 243 | 159 454[19] |
Çukurova | 343 770 | 330 944 | 340 115 | 346 505 | 353 680[20] |
Feke | 343 770 | 18 156 | 17 535 | 18 534 | 17 820[21] |
İmamoğlu | 30 552 | 30 105 | 29 700 | 29 748 | 29 111[22] |
Qaraisalı | 30 552 | 21 969 | 21 660 | 22 230 | 21 682[23] |
Karataş | 21 260 | 20 442 | 20 450 | 21 862 | 22 178[24] |
Kozan | 21 260 | 120 122 | 123 873 | 128 153 | 128 893[25] |
Pozantı | 20 279 | 18 379 | 18 048 | 20 954 | 20 004[26] |
Saimbəyli | 17 355 | 17 104 | 16 630 | 16 572 | 16 000[27] |
Sarıçam | 17 355 | 103 232 | 111 976 | 138 139 | 143 547[28] |
Seyhan | 723 277 | 757 928 | 764 714 | 771 947 | 779 232[29] |
Tufanbəyli | 723 277 | 15 141 | 15 256 | 18 234 | 19 184[30] |
Yumurtalık | 18 457 | 18 463 | 17 929 | 18 266 | 18 660[31] |
Yüreğir | 422 529 | 426 379 | 420 929 | 421 455 | 419 240[32] |
Adana ilinin əsas etnik qrupları türklər, ərəblər və kürdlərdir. Türk mədəniyyəti daxilində assimilyasiyaya uğrayan yeni ərəblərin yeni nəsilləri ərəb dilində danışmırlar. Ərəblər Seyhan çayının şərq sahilində yerləşən Yüreğir ilçəsində yığcam şəkildə yaşayırlar. 1990-cı illərdə Adanaya kütləvi axın edən Kürdlər, indi demək olar ki, Adana əhalisinin 1/3 hissəsini təşkil edir. Konoslar, Balkan müharibələri zamanı Adanaya köç etmiş Balkan əsilli Rumıniyalılardır. Onlar Yüreğir ilçəsinin Sinanpaşa məhəlləsinin yaxınlığında yaşayırlar. Təqribən 8 min nəfərdir.[33]
Adana əhalisinin əksəriyyəti İslam (Sünni) etiqad edir. Türklərin əksəriyyəti, ərəblərin və kürdlərin bəziləri islam dini nümayəndələridir. Adanada şiə təriqətinə mənsub olanlar 1978-ci ildə baş verən hadisələrdən sonra Qəhrəmanmaraşdan köçən Ələvilərdir. Adana ərəbləri çox zaman ələvilərlə səhv salınır. Şanlıurfadan Adanaya köç edən ərəblərdə İslam dininə etiqad edir. Adana ilində az sayda katoliklər və musavilər var.[33]
Adana şəhəri Respublika tabeli şəhərdir və Adana şəhər bələdiyyəsi sərhədləri daxilində yerləşir. Şəhər, 61 üzvlük Adana İl Məclisində 5 ilçədən seçilmiş 33 üzvlə təmsil olunur. Bələdiyyə 2 palatalı məclis tərəfindən idarə edilir. Metropol bələdiyyəsi yuxarı palata, ilçə bələdiyyələri aşağı palatanı təşkil edir. Adana şəhər bələdiyyəsinin vəzifəsi yolların çəkilməsi və bərpası, parkların salınması, yeraltı keçdilərin və digər xidmətlərin yerinə yetirilməsidir. 2012-ci il 12 noyabr tarixli 6360 saylı "Büyükşehir belediyesi" qanununa əsasən 29 ildə və həmçinin Adana ilində "il Xüsusi İdarəsi" bağlanıb.[34][35]
1986-cı ildə 3306 tarixli qanunla Adana şəhər bələdiyyəsi təsis edilib.[3] Şəhər bələdiyyəsi 3 qurumdan ibarətdir: Şəhər məclisi, Bələdiyyə sədri, və İcraçı Komitə. İlçə bələdiyyə məclisləri, şəhər məclisində təmsil olunmaq üçün üzvlərinin 1/5 hissəsini seçirlər. Bu səbəbdən Şəhər Məclisi 10-u Seyhandan, 8-i Çukurova və Yüreğirdən, 6-sı Sarıçamdan və 2-si Qaraisalı və seçicilər tərəfində seçilən bələdiyyə sədri olmaqla 35 icraçı komitə üzvündən ibarətdir.[36] Şəhər bələdiyyə sədri tərəfindən seçilən 10 nəfərlik idarə heyəti 5-i şəhər icraçı komitəsi tərəfindən, digər 5-i isə bələdiyyə sədri tərəfindən seçilən üzvlərdən ibarət olur.[37]
Adana ili ümumilikdə 15 ilçədən ibarətdir. Bunlardan Seyhan, Yüreğir, Çukurova, Sarıçam və Qaraisaı ilçələri birləşərək Adana şəhəri təşkil edir. İlçələrin özlərinə isə belde, məhəllə və kəndlər daxildir.
İlçə adı | Ərazisi (km2) | Əhalisi (nəfər) | Kəndlərin sayı | İl mərkəzinə məsafə (km) | Kaymakam | İlçə statusu verildiyi tarix |
---|---|---|---|---|---|---|
Aladağ | 17.113[39] | 1 347[18] | 22 kənd | 99 | Əhməd Ziya Filizər[40] | 1987[41] |
Ceyhan | 1.424 | 159 454[19] | 71 kənd | 47 | Mustafa Ünlüsoy[40] | 1 iyun 1933 |
Çukurova | 240 | 353 680[20] | 11 kənd[42] | İlçə mərkəzi | Mehmet Əli Özkan | 2008 |
Feke | 1.233 | 17 820[21] | 40 kənd | 122 | İhsan Emre Aydın[40] | |
İmamoğlu | 424 | 29 111[22] | 18 kənd | 45 | Savaş Ünlü[40] | 19 iyun 1987[43] |
Qaraisalı | 1.526 | 21 682[23] | 62 kənd | İlçə mərkəzi | Mehmet Tunc[40] | |
Karataş | 907 | 22 178[24] | 46 kənd | 48 | Rəcəb Öztürk[40] | 1957 |
Kozan | 1.690 | 128 893[25] | 86 kənd | 69 | İzəddin Sevgili[40] | 1926 |
Pozantı | 793 | 20 004[26] | 16 kənd | 112 | Bilal Özkan[40] | 1954 |
Saimbəyli | 1.157 | 16 000[27] | 25 kənd | 157 | Səda Başoğlu[40] | 1922 |
Sarıçam | 143.547[28] | 36 kənd | İlçə mərkəzi | Əli Murad Kayhan[40] | 22 mart 2008 | |
Seyhan | 501 | 779,232[29] | 30 kənd | İlçə mərkəzi | Şenol Bozacıoğlu[40] | |
Tufanbəyli | 987 | 19 184[30] | 29 kənd | 196 | Adəm Başoğlu[40] | 1958 |
Yumurtalık | 553 | 18 660[31] | 16 kənd | 80 | Əsalət Qarabulud[40] | 1959 |
Yüreğir | 857.987 | 419,240[32] | 112 kənd | Mərkəzi ilçə | Fatih Genel[40] | 1986 |
Adana ilində müxtəlif tibi xidmətləri özündə birləşdirən 144 xəstəxana fəaliyyət göstərir. Həmçinin bu xəstəxanalara bağlı olaraq 766 tibb mətnəqəsi vətəndaşlara tibbi xidmət göstərməkdədir. Adana il mərkəzində və bəzi ilçələrdə sürətli əhali artımı səbəbilə yeni xəstəxanalara ehtiyac yaranmışdır. Adana ilində dövlət və özəl olmaqla 19 yataqlı xəstəxana fəaliyyət göstərir ki, bunlardan 4-ü özəl, 1-i Çukurova Universiteti[44] və 1-i Başkent Universitetinə bağlı[45], 9-u Səhiyyə Nazirliyinə bağlı və 5-i Səhiyyə Nazirliyinə tabeli ixtisasyönümlü xəstəxanalardır. Bu xəstəxanalarda ümumi yataq sayı 3717 nəfərdir.[46]
Adana hava limanı 1937-ci ildə hərbi hava limanı olaraq fəaliyyətə başlamışdır.[47] 1956-cı ildə isə sərnişinlərə xidmətə başlamışdır. Hava limanı 1997-ci ildə 12 704 təyyarə qəbul etmiş və yola salmışdır. 1997-ci ildə 904 210 nəfər sərnişin hava limanının xidmətlərindən yararlanmışdır. Karataş ilçəsi Yemişli kəndi yaxınlığında, Adanaya 38 km məsafədə, Karataşa isə 10 km məsafədə bir boş ərazi hava limanı üçün müəyyənləşdirilmiş və 1996-cı ildə ilk dəfə proqrama daxil edilmişdir.[48]
Adana ilində beynəlxalq yük daşımalarına açıq olan Botaş limanı və Tavr Kübrə Fabrikaları Limanı fəaliyyət göstərir.
Adanada ilk dəmiryol xətti ingilislər tərəfindən 1886-cı ildə yaradılmışdır. Hal-hazırda, Adana ili daxilində 260,615 km məsafəlik dəmiryol xətləri yerləşir. Dəmiryolu ilin Pozantı, Seyhan, Yüreğir, Ceyhan ilçələrindənn, eyni zamanda Qaraisalı ilçəsi yaxınlığından keçir. Ümumilikdə 20 kənd və qəsəbəni özündə birləşdirir.[49]
Adana şəhərində vətəndaşlara nəqliyyat xidməti şəhər bələdiyyəsi avtobusları, özəl sərnişin avtobusları və taksilər istifadə edilir. 1996-cı ildə inşasına başlanılan və 12 stansiyadan ibarət Adana Metropoliteni 2006-cı ildə sərnişinlərin istifadəsinə verilmişdir. Lakin bir neçə ay sonra fəaliyyətini dondurdu. 2007-ci ildən etibarən bütün nəqliyyat xidmətlərində KentKartdan istifadə edilir.[50] 2010-cu ildə Adana Metropoliteni təkrar sərnişinlərin istifadəsinə verildi və KentKart sisteminə qoşuldu.
Sənaye və ticarət bir-birini tamamlayan fəaliyyət növləri olduğundan, Adanada ticarət sənaye ilə paralel olaraq inkişaf edir. Respublikanın ilk illərindən başlayaraq Ulucami və Seyhan çayı sahilində qurulan ticarət yerlərində yerli əhalidə öz məhsullarını satışa çıxarır. Bu gün şəhərin mərkəzində Seyhan çayı sahilində Galereya Biznes Mərkəzi yerləşir. Mərkəzdə 1 əyləncə mərkəzi, 6 Kinozal, 62 Fast Food, 800 yerlik açıq və 400 yerlik qapalı parking, 624 satış yeri yerləşir. Şəhərin müxtəlif yerlərində Migros mağazalarının filialları, şəhərin şimal hissəsində Carrefour, Groseri, Metro, Real kimi satış mərkəzləri Adana ticarət həyatında pay sahibidirlər.
Kənd təsərrüfatının inkişaf səbəbi ilə Adana daxili ticarətini ən çox kənd təsərrüfatı məhsullları təşkil edir. 1985-ci ildə Adanada 1700 şirkət yerləşirdi. Ticarətin inkişafı nəticəsində 1997-ci ildə bu rəqəm 12 000-ə çatmışdır.
İxracatın əsas hissəsini pambıq və toxuculuq məhsulları, meyvə və tərəvəz məhsulları təşkil edir. Ən çox Almaniya, İtaliya, Böyük Britaniya, İordaniya, İran, İraq, Səudiyyə Ərəbistanı, Küveyt və Şimali Kipr-ə məhsul göndərilir. 2000-ci ildə 700 mln ABŞ dolları həcmində məhsul xaricə göndərilmişdirsə, 2005-ci ildə bu rəqəm artaraq 1.5 mld ABŞ dolları keçmişdir. 2005-ci ildə statistikasına əsasən, Adana ilində 571 firma ixracatla məşğul olur. İdxal edilən məhsulları sırasında ən çox sənaye üçün gərəkli avadanlıqlar və onların ehtiyat parçaları təşkil edir. Ən çox Almaniya, Böyük Britaniya, İtaliya, Fransa, Hollandiya, Danimarka, Finlandiya, Belçika, ABŞ, Azərbaycan, Şimali Makedoniya, Yaponiya, Koreya, Çexiya, Avstraliya, İran, Səudiyyə Ərəbistanınından məhsullar idxal edilir. 2004-cü ildə idxal miqdarı 496 mln ABŞ dollarına yaxındır. 2014-cü il statistikasına əsasən idxal həcmi azalaraq 251 milyon ABŞ dollarından 242 milyon ABŞ dollarına qədər azalmışdır. İxracat isə artaraq 151 milyondan 157 milyona yüksəlmişdir.[51]
Çukurova vadisində buğda, zeytun, nar, qarğıdalı, limon, mandarin, portağal, banan, kivi, şəkər çuğunduru, pomidor, kartof, bibər, soğan, üzüm, lobya, xiyar, qarpız və s. kimi bitkilər becərilir. Sulama prosesi klassik sulama sistemlərindən və yağmurlama texnologiyası ilə reallaşdırılır.
Kənd təsərrüfatı ilə birlikdə maldarlıqda Adana iqtisadiyyatında önəmli paya sahibdir. Adanadan qonşu illərə və ölkələrə hər zaman mal-qara ixrac edilir. Bununla bərabər 80%-ə qədər Şərqi Anadolu regionundan və Cənub-Şərqi Anadolu regionundan canlı mal-qara və və heyvandarlıq məhsulları idxal edilir.[52] Arıçılıq isə daha çox dağlıq və meşə içində yerləşən kəndlərdə inkişaf etmişdir. İmamoğlu ilçəsində 1, Kozan ilçəsində 2, Yüreğir ilçəsində 1 bal istehsalı müəssisəsi fəaliyyət göstərir. [53]
Adana ili təbiəti, qədim tayfaların yaşadığı bölgə olduğuna görə bölgədə turizmin inkişafı istiqamətində zəngin perspektivə malikdir. O Türkiyənin həm tarixi, həm də mədəni turizm potensialına malik bölgələrdəndir. Adanada çoxlu sayda qala, körpü, məscid, kilsə, yaşayış yeri, xanagah, hamam, muzey ilə mədəni turizm üçün, kilsə və məscidlərlə dini turizm üçün əlverişli şəraitə malikdir.
Seyhan çayının hər iki sahilində və şəhər mərkəzində inşa edilməkdə olan bir ox otellər ilin turizm sənayesinin inkişafına təkan verməkdədir. Ceyhan və Yumurtalık ilçələrinin sahilyanı bölgələri Adananı yerləşdirmə müəssisələrinin inşasını düşünməyə vadar etmişdir. 4200 yerlik 29 otel iki il içərisində iki dəfə artacağı planlaşdırılır. Oteldəki nömrələrin sayı isə 8400-ə yüksələcək.[54] Hal-hazırda beşulduzlu Adana Hilton, Sheraton, Seyhan, Çukurova Sürmeli, şəhərin qərb tərəfindəki Anemon otelləri, dördulduzlu Zaimoğlu, Mavi Sürmeli, Sedef, İnci, Erten otelləri qonaqlara xidmət göstərməkdədir. Bununla yanaşı Türkmən, şəhər mərkəzindəki Ramada və Divan otelləri də inşa edilməkdədir.[55]
2013-cü ildə Adana ilinə 322 479 nəfər turist səfər etmişdir ki, bunlardan 105 mindən çoxu xarici turistdir.[56]. Bunların 50%-i Almanlar, 23%-i Kipr türkləri, 4%-i Hollandlar və 3%-i İngilislərdir. Gələn turistlərin 80 702-si Adana Hava limanından, 1034 nəfəri Botaş Limanından daxil olmuşlar.
Adana Arxeologiya Muzeyi, 1924-cü ildə təsis edilmişdir. Türkiyənin ən qədim 10 muzeyindən biridir. Muzeydə Gözlükule, Yumuktepe, Sirkeli və Misis qazıntılarından çıxarılan, Çukurovanın qədim tarixini işıqlandıran əsərlər yerləşir. Adananın şəhər mərkəzində yerləşən, geniş bir baxçası və dörd böyük salonu olan muzeydə qədim dövrdən günümüzə qədər bir çox əsər sərgilənir.[57]
Adana Etnoqrafiya Muzeyi, 1845-ci ildə inşa edilib daha sonralar tərk edilən kilsədə təsis edilmişdir. 1983-cü ildən Muzey olaraq fəaliyyət göstərir "Köhnə Muzey" olaraq tanınan muzeydə Çukurova kəndlərində və Tavr dağlarında yaşayan Yörüklərə aid tarixi əşyalar sərgilənir. 2016-cı ildə muzeyin adı dəyişdirilərək "Adana Qurukörpü Kilsəsi Abidə Muzeyi və Ənənəvi Adana Evi" adlandırıldı.[58][59]
Adana Atatürk Elm və Mədəniyyət Muzeyinin binası, qədim Adana mərkəzi olan tarixi Təpəbağda, XIX əsrə aid Adana evlərindəndir. İki mərtəbəli binadır. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Qorunması gərəkli daşınmaz mədəni varlıq" adı ilə mühafizəyə almışdır. Ramazanoğullarından Sufi Paşaya aid olan bu evdə Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürk 15 mart 1923-cü ldə həyat yoldaşı Lətifə xanımla birlikdə qonaq qalmışlar. Bina, Atatürk Elm və Mədəniyyət Muzeyi Dərnəyi zamanın divizya generalı Bədrəddin Dəmirəlin rəhbərliyi ilə ictimaiyyətə açıq edilmiş və xalqın maddi köməyi ilə bərpa edilmişdir. 1981-ci ildən qonaqların xidmətinə verilmişdir.[60]
Misis Mozaika Muzeyi, 1956-cı ildə Misis ətrafındakı mozaikaları qorumaq məqsədilə təsis edilmişdir. Burada Nuhun tufanı zamanı gəmiyə aldığı heyvanların rəsmləri mozaikalarda çəkilmişdir. Muzey, digər qədim yaşayış yerlərindən, Adana Arxeologiya Muzeyindən gətirilən digər Mozaykalarla daha da zənginləşdirilmişdir.[61]
Anavarza yaşayış məskəni, Adananın Ceyhan ilçəsi, Kozan-Kadirli yolunun 20 km-liyində Dilekkaya kəndi yaxınlığındadır. Roma dövründə Anazarbus olaraq adlandırılmışdır. Anavarza 408-ci ildə Kilikiya əyalətinin paytaxtı olmuşdur. Şəhəri qalasında Roma və Xilafət dövrünə bağlı izlər qalmaqdadır.[62]
Şar yaşayış məskəni, Tavr dağlarında, Adanadan 210 km uzaqlıqda Tufanbəyli ilçəsinin 20 km şimal-şərqindəki Şar kəndində yerləşir. Şar, Xetlərin dövründə "Komana" adlandırılan bir mərkəz idi.[62]
Misis, Magarsos, Ayas və Akören qədim yaşayış məskənləri mədəni turizmin ən çox səfər edilən məkanlarındandır.[63]
160 km uzunluğundakı sahil xəttinin 45 km-i qumlu, bataqlıq kimi təbii ərazilərdən ibarətdir. Bu ərazilərin ən əhəmiyyətlisi Seyhan çayının meydana gətirdiyi Tuzla və Akyatan gölləri ilə, Ceyhan çayının təşkil etdiyi Akyayan gölüdür. Müxtəlif quşlarla, dəniz və meşə heyvanları bu bölgələrdə yaşayırlar.
Aladağlar Milli Parkı, 1995-ci ildə təsis edilmişdir. Aralıq dənizi regionunda, Niğdə, Kayseri və Adana illəri arasında yerləşən Aladağlar üzərində yerləşir. Sahəsi 55 065 hektar olmaqla, dağ keçisi, donuz, qurd, çaqqal kimi məməli, yırtıcı heyvanlar qorunur.[64]
Yumurtalık Lagünü Milli Parkı, 16 dekabr 2008-ci ildə Adana ilinin Yumurtalık ilçəsinə təsis edilmişdir. 2009-cu ildə Nazirlər Kabinetinin qərarı ilə milli park statusu ləğv edildi.[65]
Adana ilinin böyük müalicəvi turizm potensialı vardır. İldəki müalicəvi sulara Qurdtəpə bulağı, Əli hoca bulağı, Acıdərə bulağı, Bağözü bulağı, Kokarpınar, Taxtalıkənd kükürd bulağını nümunə göstərə bilərik.
Qurdtəpə bulağı, Qurdtəpə məhəlləsinin 1 km şimal-qərbində yerləşir. Su çox soyuqdur və bağırsaq xəstəliklərinə qarşı istifadə edilir. Əli Hoca bulağı, Adananın 12 km qərbində Əli hoca məhəlləsinin yaxınlığındadır. Acıdərə bulağı, Adananın 20 km şərqində, Misisin 5 km şərqindədir. Xalq arasında Samucadərə adlanır. Bulağın suyu bağırsaq qurdlarına və böyrək daşına qarşı istifadə edilir. Taxtalıkənd kükürd bulağı, Ceyhan ilçəsinin 6 km cənubunda Taxtalı kəndi yaxınlığındadır. Tempraturu +20 C-dir. Bulaq suyu, dəri xəstəliklərinə qarşı istifadə edilir.[5]
Adana ilində hələ tədqiq edilməmiş mağaralar var. Aladağ yaxınlığındakı Bığbığ mağarası gözəl mənzərəsinə görə böyük potensialı vardır. Bığbığ mağarasından başqa Adana ilində turistlərin marağını cəlb edən Cin, Culfa Keleri, Camlıkənd Subatanı, Südlük Subatanı, Adambaşlı və İlanyurd Subatanı mağaralı mövcuddur.[5]
Kozan qalası və Monastrı, Assuriyalılar tərəfindən inşa edilmişdir. Kozan qalası strateji mövqedə yerləşirdi. IX əsrdə Abbasilərin, XI əsrdə Səlcuqluların və daha sonra Səlibçilərin əlinə kçmişdir. Kozan monastrı xristiyanların ən çox səfər etdiyi məkanlardandır.
Ulu məscid, 1513-cü ildə Ramazanoğlu Xəlil bəy tərəfindən inşası başladılmış və 1541-ci ildə Xəlil bəyin oğlu Pir Mehmet Paşa tərəfindən inşası tamamlandırılaraq ibadətə açılmışdır. Məscid, Səlcuqlu, Məmlük və Osmanlı memarlıq üslublarının xüsusiyyətlərini özündə birləşdirir.[66]
Həsən ağa məscidi, Alidede məhəlləsində yerləşən Həsən ağa Məscidi Adananın Osmanlı dövründə klassik memarlıq üslubunu daşıyan tək məscid olması ilə böyük önəm daşıyır.
Xoşqədəm məscidi, Kozan ilçəsində yerləşir. Misir sultanı Sultan Abdullah Xoşqədəm tərəfindən 1448-ci ildə inşa edilmişdir.
Yağ məscidi, 1501-ci ildə Ramazanoğlu Xəlil bəy tərəfindən kilsədən məscidə çevrilmişdir.
Yeni Məscid, 1724-cü ildə inşa edilmişdir. Ərəb memarlıq üslubunda inşa edilmişdir.
Adananın ən qədim türk məscidi kimi bilinən Akça məscidi Ulucami məhəlləsində yerləşir. Ağca bəy adında bir Türkmən ağası tərəfindən inşa edildiyindən bu adı almışdır.
Bebekli kilsəsi, 1880–1890-cı illərdə inşa edilən kilsənin adı Sent Paul idi. Kilsənin üstündə Məryəmin 2.5 metrlik tunc heykəli yerləşir. Heykəlin uşağa bənzədiyi üçün Bebekli kilsəsi adlandırırlar.[67]
Adana ilk teatr 1880-ci illərdə şair Ziya Paşanın Adana Valiliyi sırasında qurulmuşdur. Adana şəhər bələdiyyəsi binası içərisində yerləşən Şəhər Teatrı 1926–1938-ci illər arasında Bələdiyyə sədri olan Turxan Camal Beriker tərəfindən xalq evi kimi təşkil olundu. 1941–1948-ci illərdə Xalq Evi sədri jurnalist Nihal Oral tərəfindın gənclik salonu quruldu.
Çukurova Dövlət Sinfonik Orkestrı Mədəniyyət və Turizm Nazirliyi Gözəl Sənətlər Baş İdarəsi 1990-cı ildə təsis edilmişdir. 5 yanvar 1991-ci ildə ilk konsert buraxışı keçirildi. Konsert proqramında bir çox xarici və yerli sənətkarlar qonaq olmuşdur. Orkestr bir çox ölkə içində və ölkə xaricində konsertlər verməkdədir.[68]
Adana Dövlət Teatrı 1979-cu ilin sonlarında Cüneyd Gökçer dövründə silsilə teatr proqramları ilə açılmışdır. 25 oktyabr 1981-ci ildə isə Adana Dövlət Teatrı olaraq fəaliyyət göstərirdi.[69]
Adana`da "Qızıl Koza Film Festivalı", "Sabancı Beynəlxalq Teatr Festivalı", "Beynəlxalq Fiziki Qüsurlu Gənclər Festivalı", "Portağal çiçəyi Karnavalı" keçirilir və bu tədbirlərdə çoxlu sayda xarici və yerli turistlər, mədəniyyət işçiləri və digər peşə sahibləri iştirak edirlər.
Çukurovada xalq ədəbiyyatı və aşıq şeirləri əsrlərdir ki, yaşamaqdadır. Bu mövzuda aparılan araşdırmalar zamanı bir çox rəvayət və əfsanələr tapılmışdır. Onların arasında ən məşhuru aşıq şeirləridir. Adana aşıqları iki qrupa bölünür. Sazlı və Sazsız aşıqlar. Qaracaoğlan, Dadaloğlu aşıqların ən məşhurlarındandır. Aşıq Yusif, Dəli Boran, Feymani, Osman Əyyubi, Aşıq Abdullah, Gündəşlioğlu, Qara Osman, Qul Xəlil, Aşıq Ömər, Aşıq Əli, Aşıq Hüseyn, kimi aşıqlar Adanada yetişmişlər.[70]
Adanada KİV fəaliyyəti yerli və milli agentliklər tərəfindən həyata keçirilir. 1918-ci ildən etibarən nəşrə başlayan "Yeni Adana"[71] qəzeti Adananın ən qədim qəzetlərindən biri olmaqla fəaliyyətini hələ də davam etdirir. "Ekspres", "Toros" və "Bölgə" qəzetləri həm Adanada həm də Çukurovada fəaliyyət göstərir. Türkiyənin ən məşhur qəzetlərindən olan Hürriyət "Hürriyet Çukurova" filialı 48 min tirajla ən populyar bölgə qəzetidir.
"Çukurova TV" Adana ilinin ən böyük televiziya şirkətidir. Kanal A, Akdeniz TV, Kent TV və digər böyük televiziya şirkətləri Adanada fəaliyyət göstərir.[72]
Türk və Aralıq dənizi mətbəxinin bəzi xüsusiyyətlərini özündə birləşdirən Adana mətbəxində acı, turş, sitrus meyvələri, dəniz məhsulları, zeytun yağı və göyərtli tez-tez istifadə edilir. Adana mətbəxində ət və ət məhsullarının xüsusi əhəmiyyəti vardır və ən çox istifadə edilən məmulatlardandır. Adana mətbəzinin ən tanınmış yeməklərindən biri, məşhur Adana kababıdır. Bundan başqa, Tikə kababı, çiy köftə, içli köftə, pomidor içli köftə, sarımsaqlı köftə, xumus, bulgur plovu, və digər yeməklər bişirilir. Müxtəlif şorbalar, şirniyyatlar ilə seçilən Adana mətbəxi Türkiyə kulinariyasında öz xüsusi yeri var.[73]
Adanada 514 məktəbəqədər təhsil müəssisəsində 19 644 nəfər şagird, 720 ibtidai məktəbdə 324 288 nəfər şagird təhsil almaqdadır. (42mənbə) Həmçinin 121 əsas və 100 peşə liseyi var və bu liseylərdə 119 000 nəfər tələbə təhsil alır. Adanada subbakalavr və bakalavr səviyyəsində təhsil alan tələbə sayı 47 126 nəfərdir. Şəhərdə olan 17 kitabxanadan il 400 000–500 000 nəfər tələbə faydalanmaqdadır. İldə Çukurova Universiteti, Adana Elm və Texnologiya Universiteti, Qanuni Universiteti fəaliyyət göstərir.
Çukurova Universiteti, 1969-cu ildə Ankara Universiteti tabeliyində qurulan Adana Ziraat fakültəsi ilə 1972-ci ildə Atatürk Universitetinə bağlı təşkil olunan Çukurova Tibb fakültəsinin birləşməsi nəticəsində 1973-cü ildə təsis edildi. 1992-ci ildə Universitet 6 fakültə, 11 kollej, 3 institut, 1 dövlət konservatoriyası, 22 Araşdırma və Tətbiqetmə Mərkəzindən ibarət idi. Çukurova Universitetinin fakültələrinin bazası əsasında Mersin Universiteti, Mustafa Kamal Universiteti və Qəhrəmanmaraş Südçü İmam Universiteti təsis edildi. Hazırda Universitet 16 fakültə, 1 dövlət konservatoriyası, 5 kollec, 13 peşə kolleci, 3 institut, 25 Araşdırma və Tətbiqetmə Mərkəzindən ibarətdir. 2012-ci ildə Universitetdə 45 000 tələbə təhsil alırdı.
2011-ci il 31 marttarixində Türkiyə Böyük Millət Məclisinin 6218 saylı qanunu ilə təsis edilmişdir. Ümumilikdə 9 fakültə və Xarici dillər Kolleci, Sosial Elmlər İnstitutu və Fənn elmləri İnstitutundan ibarətdir.[74]
2013-cü ildə Çukurova Tədris və Mədəniyyət Vəqfi tərəfindən təsis edilmiş özəl Universitetdir. Universitetin təsisatı ilə bağlı qərar 18 iyun 2013-cü ildə 28681 saylı rəsmi qəzetdə yayımlanmışdır. Hal-hazırda 3 fakültə və 2 institutdan ibarətdir.[75]
Respublikanın ilk illərindən Adanada idmana xüsusi qayğı olmuşdur. Artıq idmanın inkişafı üçün müxtəlif QHT-lər yaradılmaqda idi. Adanada təsis edilən ilk idman klubları Seyhanspor və Torosspor klubları idi. Adananın futbol tarixi 1926-cı ildən Türk Ocağı Klubu ilə başlayır. Daha sonralar Gənclər Birliyi ilə birləşən klub İdman Yurdu Klubunu təşkil edir. Futbol üzrə təşkilatlanmalar 1938-ci ildə qəbul edilən 3530 saylı bədən tərbiyəsi qanunundan sonra Adana Bədən Tərbiyəsi İdarəsinin təsis olunmasından sonra başlayır.[76] 1939-cu ilə Sümerspor, Milli Mensucatspor, 1940-cı ildə Adana Dəmirspor, 1945-ci ildə İncirlikspor, Adanagücü, 1949-cu ildə Osmaniyə-Ceyhan Ovçuluq və Atçılıq Klubu, 1951-ci ildə Kozanspor, 1953-cü ildə Karşıyakaspor, 1954-cü ildə Adanaspor, 1964-cü ildə Körpü-Yamaclı, 1966-cı ildə Ceyhanspor, 1969-cu ildə Tennis, Alpinizm və Su idman klubları, 1970-ci ildə Karataş klubu yaradılır. Ancaq sonralar müxtəlif səbəblərdən bu klublar fəaliyyətlərini dayandırırlar. Hal-hazırda futbol klubları lig oyunlarını 1938-ci ildən fəaliyyətdə olan 16 minlik tutuma malik 5 Yanvar Fatih Terim Stadionunda oynayır.
1993-cü ildə qadınlardan ibarət yeganə futbol klubu olan Adana İdman Yurdu təsis edildi. Klub hal-hazırda Qadınlar 1. Ligində oynayır.
Adananın basketbol klublarından olan Adana Botaş İdman Klubu Türkiyə Qadınlar Basketbol Super Liqasında oynayır. Adana Botaş İdman Klubu Avropa Kubokuna final oyununu oynayan ilk türk klubudur. Türkiyə Qadınlar Basketbol Super Liqasında oyanayan daha bir Adana klubu Tarsus Bələdiyyəspor klubudur. Tarsus Bələdiyyəspor klubunun futbol, voleybol, basketbol, boks, güləş və atletika komandası var. Klub 5 iyun 2014-cü ildə Adana Su və Kanalizasiya İdarəsi — Adana ASKİ olaraq adını dəyişdirmişdir.[77]
Adananın peşəkar futbol klublarından biri olan Adanaspor 1954-cü ildə yaradıldı. Adanasporun ilk təsisçiləri Mehmet Şanlıtürk, Mustafa Bekbaş, Erol Erk, Əli Gədikbaş və Müzəffər Əraslan idi. İlk ili ikinci divizyadan başlayan klubun rəngləri sarı-göy idi.
Adanasporun basketbol komandası "Türkiyə Basketbol II Lig"ində oynayır.
Adana Dəmirspor 28 dekabr 1940-cı ildə yaradılmışdır. Hal-hazırda idmanın müxtəlif sahələrində (atletika, güləş, basketbol, voleybol və s.) fəaliyyət göstərir.[78] 17 sezon Türkiyə Super Liqasında oynayıb. Hal-hazırda Birinci liqasında oynayır.
Pozantı ilçəsi | Aladağ ilçəsi | İmamoğlu ilçəsi | ||
Tarsus ilçəsi, Mersin | Ceyhan ilçəsi | |||
| ||||
Tarsus ilçəsi, Mersin | Krataş ilçəsi | Yumurtalık ilçəsi |