Pırkalyarpaq mahoniya

Pırkalyarpaq mahoniya (lat. Mahonia aquifolium) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin mahoniya cinsinə aid bitki növü.

Pırkalyarpaq mahoniya
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Vətəni Şimali Amerikadır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 1 m-ə qədər olan həmişəyaşıl koldur. Cavan zoğlarının qabığı uzununa zolaqlı, çəhrayı-boz olub, tədricən qonur-boz rəng alır. Yarpaqları 20 sm uzunluğundadır, mürəkkəb, təklələkvaridir, uzunluğu 3-9 sm, eni 1,5-2,5 sm-ə çatan üst səthdən parlaq, tünd-yaşıl, alt səthdən isə tutqun, açıq-yaşıl rəngdə, dərivari olub, 5-9 yarpaqcıqdan ibarətdir. Yarpaqaltlıqları 2-5 mm uzunluğunda, qılvaridir. Aprel-may aylarında çiçəkləyir. Çiçəkləri sarı rəngdədir, diametri 9 mm-ə çatır. Çoxçiçəkli salxımların uzunluğu 1 sm olub, yumurtavari təpə tumurcuqların qoltuğundan çıxır. Zoğların ucunda toplaşmış çiçək salxımının uzunluğu 5-8 sm-dir. Giləmeyvələrin uzunluğu 9,5 mm, yəni 8 mm, göyümtül-qara rəngdə, uzunsov ellipsvari, zərif tüklü və 2-8 toxumludur, avqustda yetişir. Toxumları 4-5 mm uzunluğunda, 2,3 mm enində və 1,5 mm qalınlıqda olur. Uzunsov, parlaq və şabalıdı rəngdədir. Toxum, qələm, pöhrə və kolun bölünməsi ilə çoxaldılır.

Quraqlığa davamlıdır. 30° C-ə qədər şaxtaya davam gətirir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazda, Hirkan florasında — Lənkəranda, Astarada, Masallıda təbii halda yayılmışdır.

Bordürlərin, canlı çəpərlərin salınmasında qrup halında əkilir. Meyvələri turşdur, yeyilir, həmçinin qənnadı istehsalında, şərabların rənglənməsində istifadə olunur.