Pəri-Qala (film, 2007)

Filmdə hadisələr müasir şəhərdən, sivilizasiyadan uzaq, real və irreal aləmin qovuşduğu ucqar bir məkanda baş verir. Orada mistika və gerçəklik o qədər bir-birinə qarışıb ki, hər cür möcüzə gözləniləndir. Oranın insanları öz yazılmamış qanunları ilə yaşayırlar. Onları pozanlara verilən cəzalar da tamamilə fərqlidir.

Pəri-Qala
Janr dram
fantastika
Rejissorlar İlqar Safat
Mikayıl Mikayılov
Ssenari müəllifi İradə Səyya
Baş rollarda Ruslan İsmayılov
Sona Mikayılova
İdris Rüstəmov
Vüsalə Ağamalıyeva
İstehsalçı Narimanfilm kinokompaniyası
İlk baxış tarixi 14 noyabr 2007, Bakı, İbrus teatrı
12 aprel 2008, Sky Channel
Filmin digər adı İkinci doğuluş
Filmin növü qısametrajlı bədii film
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2007
Texniki məlumatlar video, DV
Rəng rəngli

Filmdə Azərbaycan kinosu tarixində ilk dəfə olaraq birbaşa səsyazma avadanlığından istifadə olunmuşdur.

Filmin layihəsi Mədəniyyət və Turizm Nazirliyinin "Bu meydan, bu ekran" müsabiqəsinin 5 qalibindən biri olub (2007).

Filmdə Yuxarı Çardaxlar kəndinin sakinləri də çəkilmişlər.

Filmin televiziyada ilk nümayişi 12 aprel 2008-ci ildə SKY CHANNEL 195 ilə gerçəkləşib. Qeyd edək ki, SKY CHANNEL 195 televiziya kanalı gənc istedadların yeni filmlərinin nümayişi üzrə ixtisaslaşıb.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifi: İradə Səyya
Quruluşçu rejissor: İlqar Safat, Mikayıl Mikayılov
Səs rejissoru: Teymur Kərimov
Ruslan İsmayılov — Abu
Sona Mikayılova (Sonaxanım Mikayılova kimi)
İdris Rüstəmov
Vüsalə Ağamalıyeva
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Çəkilişə köməklik edən qurumlar

[redaktə | mənbəni redaktə et]
Yuğ Teatrı

Çəkilişə kömək edənlər

[redaktə | mənbəni redaktə et]
Vaqif İbrahimoğlu
  • "Bu meydan, bu ekran-2008". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 27.