Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax:
Mikayıl Mikayılov .
Mikayıl Şamil oğlu Mikayılov (21 iyul 1981 , Bakı ) — azərbaycanlı rejissor, aktyor
Mikayıl Mikayılov 21 iyul 1981-ci ildə anadan olub. ADMİU-nun kinorejissorluq fakültəsində (2000-2004, magistratura 2004-2006) təhsil alıb. Musiqili Komediya, Pantomim, Yuğ Teatrlarında rejissor və aktyor kimi çalışıb.
6 may 2023-cü ildə[ 1] və 9 may 2024-cü ildə[ 2] Prezident Mükafatına layiq görülmüşdür.
Aktrisa, əməkdar artist Sonaxanım Mikayılovanın oğludur.
Rejissor
Biri vardı, biri yox... (film, 2003)
Ölülər və dirilər (film, 2004)
Pəri qala (film, 2007)
Fenomen (film, 2015)
Aktyor
Salur Qazanın evi talandığı boy (film, 2001)
Manqurt (film, 2003)
Oyun (film, 2003)
Arxada qalmış gələcək (film, 2004)
Rus tərcüməsi (teleserial, 2006) (Rusiya istehsalı)
Üç qız (film, 2007) (Azərbaycan, Almaniya və Rusiyanın birgə istehsalı)
Nəsihətə görə nikah (teleserial, 2009) (Rusiya istehsalı)
Qardaşımdan yaxşısı yox idi (film, 2010) (Azərbaycan və Rusiyanın birgə istehsalı)
Rejissor
Viy adlı monstr haqqında dəlinin qeydləri (N.Qoqol) (2005, Bakı)
"Milyonçunun dilənçi oğlu" - musiqili komediya. Musiqi – S. Ələskərov, libretto – Şixəli Gurbanov (2007, Bakı)
"Əfğan" Məhəmməd Füzuli (2009, Bakı)
"Xanuma" A.Saqareli (2011, Bakı)
"Müsyo Jordan və Dərviş Məstəli Şah" Mirzə Fətəli Axundzadə (2012, Karaqanda, Kazaxstan)
"Şah & Şair, yaxud Hamı səni sevənlər burdadı..." Kamal Abdulla (2013, Bakı)
"Müsyo Dərviş" Mirzə Fətəli Axundzadə (2013, Tümen, Rusiya)
"İlahi oyun" "Kitab-i Dedem Korkud" eposu əsasında bir hissəli etno-müzikl (2014, Bakı)
"Müfəttiş" Nikolay Qoqol (2016, Bakı)
"Medeya. Sekvensiya-01" (2016, Bakı)
↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.) . President.az . 06.05.2023. 2023-06-28 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2023-05-08 .
↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.) . President.az . 09.05.2024. İstifadə tarixi: 2024-05-09 .