Pərpərən (lat. Portulaca) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pərpərənkimilər fəsiləsinə aid bitki cinsi.
Pərpərən | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Pərpərən |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Bitki qədimdən bu cür adlandırılmışdır, onun yaranma tarixi haqqında dəqiq məlumat yoxdur. Bu cinsə təxminən 100-ə yaxın növ daxildir. Onlardan biri, bostan pərpərəni (P.oleracea) qidada istifadə olunan bostan bitkisidir. Dekorativ gülçülükdə isə iriçiçəkli pərpərən (P.grandiflora) istifadə olunur. Bu sərilən gövdəli və xırda yarpaqları olan bitkidir. Vətəni Braziliya və Argentinadır. 1827-ci ildən yaşıllaşdırmada istifadə olunur. Diametri 5 sm olan gülləri sadə,çoxləçəkli ya da azləçəklidir.Güllərin rəngi müxtəlifdir: qırmızı, çəhrayı, narıncı, sarı, ağ. Hazırda ilkin növ gülçülükdə istifadə olunmur,ancaq mədəni formaları yayılmışdır. Pərpərən toxumlarını torpağa səpməklə çoxaldılır. Toxumlar çox xırda olduğu üçün onları qumla qarışdırıb əkirlər. Cücərtilər aralarındakı məsafə 15-20 sm olmaqla seyrəldilir. Pərpərən alpinariyada ya da qumlutorpaqda yaxşı inkişaf edir. Azərbaycanda bəzək bağçılığında geniş istifadə edilir.