Pərvin Şakir

Pərvin Şakir (ing. Parveen Shakir; 24 noyabr 1952, Kəraçi, Sind[d]26 dekabr 1994, İslamabad) — şairə, pedaqoq.

Pərvin Şakir
Doğum tarixi 24 noyabr 1952(1952-11-24)
Doğum yeri
Vəfat tarixi 26 dekabr 1994(1994-12-26) (42 yaşında)
Vəfat yeri
Vəfat səbəbi yol-nəqliyyat hadisəsi
Dəfn yeri
Təhsili
  • Con Kennedi adına İdarəçilik Məktəbi[d]
Fəaliyyəti şair, yazıçı
Fəaliyyət illəri 1976-cı ildən
Əsərlərinin dili Urdu dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

24 noyabr 1952-ci ildə Pakistanın Karaçi şəhərində doğulan Pərvin Şakir, orta sinif və son dərəcə tutucu bir ailənin ikinci uşağı olaraq dünyaya gəlir. Məktəb illərində öncələri nəsrdə, sonraları da şeirdə var olan istedadını sübut edərcəsinə, məktəb dərgilərində yazmağa başlar. Şakir, yenə məktəb dərgisi üçün yazdığı "Barsat" (Musson yağmurları) adlı ilk şeirini oxuyan atasının, şeir yazması barəsindəki bütün qarşı çıxışlarına baxmayaraq, bir qohumunun da dəstəyi ilə şeir yaradıcılığına başlayır. Müəlliminin israrı üzərinə, Pakistanın Qurtuluş günü səbəbiylə yazdığı "Subuh-i vətən" adlı şeiri, bu yaradıcılığın ilk ciddi və uğurlu meyvəsi olur. Ali təhsil üçün burs qazanan Şakir, meylini İngilis ədəbiyatına salır və 1969-cu ildə Karaçi universitetindəki özəl təhsil proqramına qatılır. Bu sıralarda, musiqiyə duyduğu ilgi nədəniylə musiqi dərsləri də almağa başlamışdır. Ali təhsilindən sonra, şeir və yazıları müxtəlif qəzet və dərgilərdə nəşr olunmağa davam etmiş və bu durum onun gedərək daha çox şöhrət qazanmasına səbəb olmuşdur. Ünlü bir şair olaraq, özəl yaşamı gedərək skandallara dönüşən Şakir, ailəsinin zoruyla 1976-cı ildə xalasının oğlu ilə evləndirilir. Bu evlilikdən bir oğlu olur ancaq, şair, evliliyini 12 il sürdürə bilir. Sənət yaşamına bir çox mükafat, dörd şeir kitabını bir araya gətirilməsiylə təşkil olan və öldüyü il sanki yaxınlaşan ölümünü hiss etmişcəsinə, "Mah-i Təmam " (Bərdlənmiş ay) adıyla nəşr etdirdiyi külliyatını sığdıran Pərvin Şakir, 26 dekabr 1994-cü ildə bir avtomobil qəzası nəticəsi, oğluna və şeirlərinə, qısacası bütün dünyasına vida etmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Şair, Pakistan ədəbiyyatı səhnəsinə 1977-ci ildə "Huşbu " (Rayihə) adlı ilk kitabını nəşr etdirərək çıxır. Ertəsi il ən yaxşı şeir kitabı mükafatını aldığı və 130 nəzm və 116 qəzəldən ibarət bu kitabıyla, şeirindəki fərdiyyəti gözlər önünə sərmişdir. Təcrübələrini, eşqlərini, acılarını, məğlubiyyətlərini, qiyamlarını, qısacası özünü, cəsurca və içdən anlatdığı bu kitabında, qadının eşqində ruh və bədən birlikdəliyini vurğulaması, bir çox yersiz tənqidlər almasına səbəb olmuşdur. Bəzi tənqidçilər, kişiyə olan eşq duyğusunu bətimləmə biçimini, qadına sayğısızlıq, qadının qürurunu zədələyici olaraq dəyərləndirirlərkən, bəzi tənqidçilər isə, Şakirin şeirlərinin, əslində duyğuları basdırılmış Şərq qadınının sözcüsü olduğunu irəli sürmüşdülər.[1]

  • Khushbu (1976)
  • Sad-barg (1980)
  • Khud-kalaami (1990)
  • Inkaar (1990)
  • Maah-e-Tamaam (1994)
  • Kaf-e-Aa’ina
  • Gosha-e-Chashm
  1. Özcan, Asuman Belen, Pervin Şakir’in Şiirlerindeki Temalar, Yayımlanmamış Doktora Tezi, 2000, Ankara, s. 13-14

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]