Pərviz Ələkbərov

Pərviz Saday oğlu Ələkbərov (15 oktyabr 1972, Şuşa, Azərbaycan SSR) — Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədrinin müavini[1]. Azərbaycan Respublikasının Prezidentinin 30 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur[2].

Pərviz Ələkbərov
Şəxsi məlumatlar
Doğum tarixi (50 yaş)
Doğum yeri Şuşa,  (az.)
Təhsili Bakı Dövlət Universiteti
Hüquq fakültəsi

Təltifləri "Tərəqqi" medalı — 2020

Həyatı[redaktə | mənbəni redaktə et]

15 oktyabr 1972-ci ildə Şuşada doğulub.

Təhsili[redaktə | mənbəni redaktə et]

1995-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisasını bitirmişdir.

Peşə fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1997-ci ildə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunmuş və hal-hazıradək vəkillik fəaliyyəti ilə məşğul olmaqdadır.

2017-ci ildən etibarən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədrinin müavinidir[3].

Nailiyyətləri[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Prezidentinin 30 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur[2][4].

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 24 sentyabr 2019-cu il tarixli qərarı ilə “Azərbaycan vəkilliyinin 100 illiyi” yubiley döş nişanı ilə təltif olunmuşdur.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən “Fəxri hüquq doktoru” adına layiq görülmüşdür.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-01.
  2. 1 2 "Arxivlənmiş surət". 2021-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-01.
  3. "Arxivlənmiş surət". 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-01.
  4. "Arxivlənmiş surət". 2021-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-01.