Quliyev Pərviz Əlikram oğlu (Pərviz Əlikramoğlu) — balaban, tütək, zurna, klarnet və saksofon ifaçısı.
Pərviz Əlikramoğlu | |
---|---|
Pərviz Əlikram oğlu Quliyev | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Milliyyəti | Azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Nəfəs alətləri ifaçısı |
Fəaliyyət illəri | 2005-ci ildən |
Janrlar | caz, muğam, estrada |
Musiqi alətləri | Balaban, tütək, zurna, klarnet və saksofon |
Pərviz Əlikramoğlu 8 yanvar 1990-cı ildə Bakıda musiqiçi ailəsində anadan olub. 1996-cı ildə Bakı şəhəri İlqar Məmmədov adına 3 saylı orta məktəbə gedib. Uşaq vaxtından musiqiyə xüsusi marağı olmuşdur. Valideynləri onun hüquqşünas kimi görmək istəsələr də, Pərviz musiqi sahəsini seçmişdir. Musiqi ilə çox erkən yaşlarından məşğul olmağa başlamışdır. Valideynləri də bu marağı hiss etmiş və beləliklə o, öz təhsilini Fikrət Əmirov adına 6 saylı incəsənət məktəbində almağa başlamışdır. Oxuduğu illər ərzində klassik, caz və milli musiqi üslubları ilə dərindən və ciddi məşğul olmuşdur. 2008-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Xidmət etdiyi vaxtda hərbi hissədə keçirilən tədbirlərdə fəal iştirak etdiyinə görə Fəxri Fərmanla təltif olunmuşdur.[1] 2010-cu ildə Azərbaycan Dövlət Milli Konservatoriyasına daxil olmuş və Fərqlənmə diplomu ilə oranı bitirmişdir. 2014-cü ildən etibarən Milli Konservatoriyada magistr dərəcəsində təhsilini davam etdirir. Peşəkar balaban, tütək, zurna, klarnet və saksofon ifaçısıdır. Bir çox Respublika və Beynəlxalq Müsabiqələrin qalibi və laureatı olmuşdur. Azərbaycanı təmsil edərək xarici səfərlərdə, turlarda, beynəlxalq festivallarda iştirak etmişdir. Ailəlidir.
Pərviz Əlikramoğlunun folklor muğamımızın və milli musiqilərimizin cazla sintez olan ifaları qısa vaxt ərzində onu tamaşaçıların sevimlisinə çevrib. Balaban və tütəkdə ifa etdiyi musiqilərin sintezi dinləyənləri valeh edir. İfalarında iki böyük mədəniyyəti Şərq və Qərb melodiyalarının birləşməsindən yaranan mükəmməl əsərləri dinləmək olar.[2] Konsertlərlə çıxış etdiyi ölkələrin universitetlərində və musiqi ocağlarında milli nəfəs alətimiz haqqında məlumatlar verib. Pərviz dayanmadan öz üzərində işləyir və təkrarsız ifası hər kəsi cəlb edir.