Pərviz Mahmud

Pərviz Mahmud (1910[1], Tehran1996[2]) — Azərbaycan əsilli iranlı bəstəkardirijor. O, müasir Tehran Simfoniya Orkestrasının yaradıcısıdır. Atası Mahmud Mahmud məşhur yazıçı, araşdırmaçı və siyasətçi olmuşdur.[3][4]

Pərviz Mahmud
Ümumi məlumatlar
Doğum tarixi 1910[1]
Doğum yeri Tehran
Vəfat tarixi 1996[2]
Vəfat yeri ABŞ
Milliyyəti azərbaycanlı
Atası Mahmud Mahmud
Musiqiçi məlumatları
Fəaliyyəti dirijor, bəstəkar
Təhsili Brüssels Kraliyyət Konservatoriyası
İndiana Universiteti

Pərviz Mahmud 1910-cu ildə azərbaycanlı Mahmud Mahmudun ailəsində Tehran şəhərində anadan olmuşdur. 1996-cı ildə vəfat etmişdir.

Pərviz Mahmud Brüssels Kraliyyət Konservatoriyasında təhsil almışdır. ABŞ-yə köçdükdən sonra isə İndiana Universitetində dokoarantura pilləsində təhsil almışdır.

ABŞ-yə miqrasiyası

[redaktə | mənbəni redaktə et]

1959-cu ildə ABŞ-yə köçmüşdür. Bundan sonra musiqiçi fəaliyyəti ilə o qədərdə ciddi formada məşğul olmamışdır. ABŞ-yə köçdükdən bir neçə il sonra İndiana Universitetində doktarantura pilləsində təhsilini tamamlamışdır. Onun buradakı dissertasiya mövzusu İran musiqisinin nəzəriyyəsi və onun qərb musiqisinin praktikası ilə əlaqəsi olmuşdur.[5]

Tehran Konservatoriyasında uzun müddət professor vəzifəsində çalışmışdır. Sonralar isə konservatoriyanın direktoru təyin edilmişdir. Pərviz Mahmud 1946-cı ildə Tehran Simfoniya Orkestrasının əsasını qoymuşdur.

1958-ci ildə ABŞ-də İovada yerləşən Dubuque Universitetinin orkestrasının direktoru olmuşdur. Bu orkestra 1963-cü ildə Dubuque Simfoniya Orkestrası adlandırılmışdır.

1985-ci ilə qədər dirijor kimi fəaliyyət göstərmişdir.

  • "Concerto for Violin & Orchestra
  • "String Quartet in E minor"[6]
  • "Persian Suite" for orchestra
  • "Kurdish Fantasy" for piano and orchestra
  • "Mehregan Suite" for orchestra
  1. 1 2 Parviz Mahmoud // https://classical-music-online.net/en/composer/Mahmoud/35782.
  2. 1 2 Parviz Mahmoud // SNAC (ing.). 2010.
  3. Safai, Ebrahim Safai. History of Tehran Conservatory of Music. Tehran: Ministry of Culture and Art Publications. 1977.
  4. "Parviz Mahmoud" (ing. ). 19 iyun 2019 tarixində arxivləşdirilib.
  5. Sepanta Sassan. An Outlook to Persian Music. Tehran: Mashal Publications. 1990.
  6. Pejman Akbarzadeh. Persian Musicians. Şiraz: Nadid Publications. 2000.