Pəzməri mineral su bulağı — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Pəzməri kəndində su bulağı.[1]
Ordubad rayonunun Pəzməri kəndindəki eyniadlı intruzivin təmas zonasındadır. Suyun temperaturu 13°C, debiti m³/gün, minerallaşma dərəcəsi 1,52 q/l-dir. Su coddur, dadı turşməzədir. Süxurlarda dəmir pası örtüyü müşahidə olunur. Suyu zəif karbon qazlı, az minerallaşmış, hidrokarbonatlı-sulfatlı, kalsiumlu-natriumludur. Müalicə üçün istifadə edilə bilər.