PAŞA Həyat — Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış sığorta şirkəti. Azərbaycanın ən iri holdinqlərindən biri olan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. PAŞA Həyat Sığortanın baş ofisi Bakıda yerləşir.
PAŞA Həyat Sığorta | |
---|---|
PAŞA Həyat Açıq Səhmdar Cəmiyyəti | |
Ümumi məlumatlar | |
Tipi | Sığorta şirkəti |
Məhsulu | Sığorta məhsulları |
Təsis tarixi | 24 noyabr 2010 |
Struktur | |
Ana şirkət | Paşa Holdinq |
Rəhbərlik | |
Rəhbərlik |
Niyaz İsmayılov (İdarə heyətinin sədri) |
pasha-life.az |
Ümumi sığorta yığımlarına görə ölkə üzrə sığorta bazarında lider şirkətdir. 31 dekabr 2021-ci il tarixinə olan məlumata əsasən şirkətin ümumi aktivlərinin həcmi 410 mln. 798 min AZN təşkil edir.[1]
Agile idarəetmə prinsipinə keçid edən ilk həyat sığortası şirkətidir.
"PAŞA Həyat" ASC İcbari Sığorta Bürosunun üzvüdür.
“PAŞA Holdinq” şirkətlər qrupuna daxil olan “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti 24 noyabr 2010-cu il tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14.02.2011-ci il tarixli lisenziyası əsasında həyat sığortası sahəsi üzrə xidmətlərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.[2]
Təsis olunduğu zaman “PAŞA Həyat Sığorta” ASC-nin nizamnamə kapitalı 7.000.000 (yeddi milyon) AZN təşkil edirdisə, fəaliyyətinin ilk 3 ilinin nəticəsi olaraq Cəmiyyətin nizamnamə kapitalı 5,75 dəfə artırılaraq, hazırda 40.250.000 (qırx milyon iki yüz əlli min) manata çatdırılmışdır.[3]
"PAŞA Həyat Sığorta" Açıq Səhmdar Cəmiyyətinin səhm paylarının 100 %-i PAŞA Holdinq MMC-yə məxsusdur.
PAŞA Həyat bir neçə dəfə beynəlxalq və yerli kütləvi informasiya vasitələri (KİV) tərəfindən müxtəlif istiqamətlər, o cümlədən sığorta haqları yığımı və həyata keçirilən ödənişlər və s. üzrə Azərbaycan sığorta bazarının lideri kimi tanınıb: