Müstəqil Puerto Riko Partiyası (isp. Partido Independentista Puertorriqueño; ing. Puerto Rico Independence Party (PIP); 20 oktyabr 1946-cı ildə yaradılmışdır. Mənzil qərargahı Puerto-Rikonun San Juan şəhərində yerləşir. Partiyanın sədri Ruben Berriosdur. Partiya Puerto-Riko hakimiyyətinə müxalif mövqedə durur. PIP marksizmi qəbul etməyən sosialist partiyasıdır. 1999-cu ildə partiya liderləri, xüsusilə də Ruben Berrios ABŞ-nin ölkədəki silahlı qüvvələrinə qarşı etirazlar keçiriblər.