Paavo Yohannes Nurmi— Finlandiyalı yaxın və uzun məsafəyə qaçış üzrə atlet.
Paavo Nurmi | |
---|---|
ing. Paavo Nurmi[1] | |
Şəxsi məlumatlar | |
Doğum adı | Paavo Johannes Nurmi |
Ləqəbi | Lentävä suomalainen[4] |
Vətəndaşlığı | |
Doğum tarixi | 13 iyun 1897[2][3][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 2 oktyabr 1973[2][3][…] (76 yaşında) |
Vəfat yeri | |
Boyu | 174 sm |
Çəkisi | 65 kq |
İdman növü | yüngül atletika |
Karyera illəri | 1914–h. h. |
Vikianbarda əlaqəli mediafayllar |
O, XX əsrin əvvəllərində qaçış yarışlarında üstünlüyü öz əlində saxladığına görə "Uçan Fin" ləqəbini ilə tanınırdı.[7] Nurmi 1,500 metr və 20 km arasında məsafələrə qaçış üzrə 22 rəsmi dünya rekordunu müəyyənləşdirib və Olimpiya Oyunlarında on iki dəfə iştirakı ərzində doqquz qızıl və üç gümüş medal qazanıb. 14 illik karyerası boyu o, ölkələrin kross yarışlarında və 10,000 metrlik məsafələrdə məğlubiyyətsiz oyunlar seriyasını qoruyub saxladı.
Fəhlə ailəsində anadan olmuş Nurmi 12 yaşında ailəsini təmin etmək üçün məktəbi tərk etdi. O, 1912-ci ildə Hannes Kolehmaynenin Olimpiya uğurlarından ilhamlanaraq, özüdə ciddi olaraq qaçış idmanı ilə məşğul olmağa başladı. Nurmi hərbi xidməti zamanı bu idman növündə daha da inkişaf etməyə başladı və ilk dəfə 1920-ci il Yay Olimpiya Oyunlarında debüt etdi. 5000 metr məsafəyə qaçış yarışlarında gümüş medal qazandıqdan sonra, o 10000 metr məsafəyə və kross yarışlarında qızıl medal qazandı. 1923-cü ildə Nurmi eyni vaxtda 5000 və 10000 metr məsafələrə qaçış yarışlarında dünya rekorduna sahib olan və hələki yeganə idmançıdır. Nurmi 1924-cü il Yay Olimpiya Oyunlarında iki saatdan az müddətdə müxtəlif məsafələrə qaçış yarışlarında qızıl medallar qazandı. Belə ki, o, 1500 və 5000 metr məsafələrə qaçış yarışlarında yeni dünya rekordunu müəyyən etdi.
1925-ci il qənaətbəxş ABŞ turnirindən sonra motivasiya və aldığı zədələr ilə mübarizə aparan Nurmi birdən-birə iki daha güclü iddiaçılar olan çoxdankı rəqiblərini Ville Ritola and Edvin Vide tapdı. 1928-ci il Yay Olimpiya Oyunlarında Nurmi 10000 metr məsafəyə qaçışda çempion olmasına baxmayaraq, 5000 və 3000 metr məsafələrə maneələrlə qaçışda qızıl medal uğrunda mübarizədə məğlub oldu.[8] Daha sonra diqqətini daha uzun məsafələrə qaçış yarışlarına yönəltdi və 25 mil (təqribən 40 km) məsafəyə marafon yarışında dünya rekordunu sındırdı. Nurmi pərəstiş etdiyi Kolehmaynen kimi marafon yarışlarında qızıl medal qazanmaqla karyerasını sona çatdırmağı nəzərdə tutmuşdu.
Nurmi sonda Finlandiyanın ən varlı adamlarının birinə çevrilərək, xırdavatçı, tikinti üzrə layihəçi kimi işləyən və Qış müharibəsi zamanı Finlandiya üçün pul vəsaitlərini qaldırdı və sonralar Finlandiyalı atletlərin baş məşqçisi oldu. 1952-ci ildə o, Helsinkidə Yay Olimpiya Oyunlarının məşəlini yandırdı. Onun nailiyyətləri, hazırlıq üsulları və iş üslubu yaxın və uzaq məsafəyə qaçışda gələcək nəsilləri təsiri altında saxladığı üçün Nurminin sürət və ələkeçməz şəxsiyyəti "Xəyalat Finn" kimi ləqəblərin yaranmasına səbəb oldu.[9]