Padşah məscidi (urdu بادشاہی مسجد) — Pakistanın Pəncab bölgəsinin Lahor şəhərində yerləşən tarixi məscid. Məscid 1671-ci ildə Sultan Övrəngzebin maliyyələşdirməsi ilə inşa olunmağa başlayıb, 1673-cü ildə inşaat başa çatdırılmışdır. Məscid dünyada böyüklüyünə görə beşinci, Pakistan və Cənubi Asiyada ikinci yeri tutub. Monqol dövrünün əzəmətini, gücünü özündə əks etdirən bu memarlıq abidəsi Pakistana xeyli sayda turist cəlb edir. Məscidin əsas ibadət zalında 5 min nəfər ibadət edə bilər. həyətdə isə eyni anda 95 min nəfərin ibadət etməsi mümkündür. Bura 1673-cü ildən 1986-cı ilədək (313 il boyunca) dünyanın ən böyük məscidi olmuşdur. Padşah məscidinin 13.9 m hündürlükdə inşa edilmiş 4 minarəsi var. 1993-cü ildə Pakistan hökuməti Padişah məscidini YUNESKO-nun mədəni iris siyahısına salmağı təklif edir.
Padşah məscidi | |
---|---|
urdu بادشاہی مسجد | |
31°35′17″ şm. e. 74°18′34″ ş. u. | |
Ölkə | Pakistan |
Yerləşir | Lahor, Pəncab |
Aidiyyatı | Böyük Moğol İmperiyası |
Tikilmə tarixi | 1673 |
Üslubu | Moğol memarlığı |
Vəziyyəti | stabil |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Padşah məscidinin memarlıq üslubu və dizaynı Hindistanda, Dehli şəhərində yerləşən Cama məscidinə bənzəyir. Adıçəkilən tikili 1648-ci ildə Sultan Övrəngzeb atası Sultan Şahcahan tərəfindən inşa etdirilib. Onun dizaynı İslam, Fars, Mərkəzi Asiya və Hindistan memarlıqları üslubunda işlənmişdir. Əsas ibadət zalına gedən pilləkanlar Sange Alvi ilə (rəngarəng mərmər) işlənib. Əsas ibadət zalının interiyeri suvaqla işlənib və mozaik mərmərlər, freskalar ilə zəngin dekor edilib.