Mlokoseviç pionu (lat. Paeonia mlokosewitschii) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin pionkimilər fəsiləsinin pion cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir — VU D2. Qafqazın endemik növüdür.
Mlokoseviç pionu | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Mlokoseviç pionu |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Çoxillik ot bitkisidir. Gövdəsi 1 m hündürlüyündə, düz, budaqlanandır. Yarpaqlar ikiqat-üçlü, uzun saplaqlı, uzunsov–yumurtavari və ya uzununa ellipsi formalıdır, hər iki kənardan daralmış hissəli, 6-12 sm uzunluğunda, üstdən göyümtüldür. Çiçəkləri solğun–sarı və ya sarıdır. Ləçəkləri 4-6 sm uzunluğunda olur. Yarpaqcıq 2-5 sm uzunluqda, 1-1,5 sm enində, sıx sarımtıl tüklərlə örtülmüş, qövsvari çevrilmişdir. Meyvələri buynuz şəklində qutucuq meyvədir.
Çiçəkləməsi may, meyvə verməsi may-iyun aylarına təsadüf edir. Orta dağ qurşağında meşə talalarında, meşə kənarlarında, kolluqlarda rast gəlinir.
Lənkəranın dağlıq (Lerik rayonu) və Böyük Qafqazın qərb hissələri (Zaqatala rayonu).
Populyasiyanın sayı kəskin azalır, ətraf mühit amillərinə həssaslığı və xüsusi yaşayış mühitinə tələbkarlığı müşahidə olunur.
Yaşayı mühitinin deqradasiyası (yayıldığı fitosenozlarda palıd və qaratikanların qırılması).
Arealların ciddi nəzarətə götürülməsi, mütəmadi monitorinqlərin aparılması. Toxumla çoxalan, xüsusi şəraitdə olduqca tələbkar bitkidir.