Paflaqoniyalı Aleksandr və ya Abonotixli Aleksandr (yun. Ἀλέξανδρος ὁ Ἀβωνοτειχίτης; təq. 105[1], Abonotix[d][2] – təq. 170) — Qədim Roma yalançı peyğəmbəri, orakulu.[3] Satirik Lukian onu Qlikon kultunun banisi adlandırır. Lukianın Aleksandr haqqında yazdıqlarının doğruluğu tez-tez şübhə altına alınır, lakin Mark Avreli və Lusi Verin dövründə zərb edilən, üzərində Aleksandrın təsviri olan sikkələr həmin dövrdə Aleksandrın təsirinin əhəmiyyətliliyindən xəbər verir.[4]
Paflaqoniyalı Aleksandr | |
---|---|
Doğum tarixi | təq. 105[1] |
Doğum yeri | |
Vəfat tarixi | təq. 170 |
Vəfat səbəbi | xora[2] |
Vikianbarda əlaqəli mediafayllar |
Lukianın Aleksandr haqqında yazdıqlarında xristianlar və epikürçülər onun xüsusi düşməni və nifrətinin əsas obyekti kimi təqdim edilmişdir.[5] İctimaiyyətin fikri onun qurduğu kultu ifşa etmək istiqamətində inkişaf edən zaman Aleksandr xalqı qorxutmaq üçün elan vermiş və bildirmişdir ki, "Pont ona qarşı ən mənfur təhqirləri söyləməyə cəsarət edən ateistlər və xristianlarla doludur". Aleksandr əlavə etmişdir ki, "tanrının lütfünü arzulayanlar onları daşqalaq etməlidir".[6]