Pafos qəsri

Pafos qəsriKiprdə, Pafos limanının kənarında yerləşən qəsr.

Pafos qəsri
Map
Ümumi məlumatlar
Növü qəsr
Ölkə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Orijinal Bizans qəsri qərbdə Saranta Kolones qəsrindən 600 metr qərbdə yerləşirdi və 1222-ci ildə baş verən zəlzələ nəticəsində tamamilə dağılmışdır.

İndiki qəsr limanı qorumaq üçün XIII əsrdə Kipr kralları tərəfindən tikilmiş iki qüllədən biri idi. Şərq liman qülləsi 1491-ci il zəlzələsi nəticəsində dağılsa da, dağıntıları liman divarı boyunca hələ də görülə bilər.

16-cı əsrin ortalarında liman qəsri Venesiya Respublikası tərəfindən dağıdıldı. 1592-ci ildə Osmanlılar adanı tutduqdan sonra onu bərpa etdi və möhkəmləndirdi. Qəsrin girişindəki ağ mərmər lövhə (150 × 40 sm), Kiprin Türk komandiri Əhməd Paşa (1589-1593) tərəfindən 1592-ci ildə yenidən qurulmasına işarə edir.

1878-ci ildə Pafos qəsrinin hərbi məqsədlər üçün istifadəsi dayandırıldı və ingilis dövründə duz anbarı olaraq istifadə edildi. Qəsr 1953-cü il zəlzələsində zərər gördü və təmir işləri 1969-cu ilə qədər tamamlandı. Pafos qəsri 21 iyul 1974-cü ildə Türk hava və dəniz qüvvələri tərəfindən Pafos limanının bombardmanı zamanı da zərər görsə də,[1] ciddi ziyan görməmişdi.

Qəsr Pafos şəhərinin ən fərqli yerlərindən birini təmsil edir. Pafos qəsrinin keçmişini araşdırmaq üçün ərazidə bir neçə dəfə arxeoloji qazıntılar aparılmışdır.[2]

Hal-hazırda qəsr turistik məkan olaraq istifadə olunur və bəzən burada tematik sərgilər nümayiş etdirilir. Giriş haqqı 2,50 avrodur və ziyarət saatları qışda 8:30-17:00, yayda isə 8:30-19:30 təşkil edir. Qəsr hal-hazırda əlil arabasından istifadə edən insanlar üçün əlçatmazdır.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. S. Adamos, "Pafos Harbour 1974 - Λιμανάκι Πάφου", 2012.
  2. Lysandrou, Vasiliki. "Integrated Investigation of Built Heritage Monuments: The Case Study of Paphos Harbour Castle, Cyprus". Heritage. 1. 2018: 1–14. doi:10.3390/heritage1010001.
  3. "Medieval castle of Pafos - A castle which was rebuilt several times during the diverse history of Cyprus". www.cyprusalive.com (ingilis). 2022-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-07. (#empty_citation)