Palasso

Farnezi sarayı, Roma, XVI əsr

Palasso (it. Palazzo, lat. Palatium – saray) — italyan Renessansı üçün xarektrik olan saray-mülk tipi.

XV əsrdə meydana gəlmişdir (əsasən Florensiyada; memar F.Brunelleski və başqaları). Klassik Palassolar fasadı küçəyə baxan 3, bəzən 2, yaxud 4 mərtəbəli binadan, tağlı sırasütunlarla əhatələnən daxili həyətdən ibarət olurdu. Palassonun 1-ci mərtəbəsində xidmət, 2-ci mərtəbəsində qonaq, 3-cü mərtəbəsində yaşayış otaqları yerləşirdi.

XVI əsrə aid Palassolarda (memarlar RomaFlorensiyada Donato Bramante, Mikelancelo; Viçentsada Andrea Palladio; Veronada Michele Sanmikeli və başqaları) order elementlərinin rolu artır, binanın kompozisiyası ətraf mühit ilə əlaqələnirdi.