Donato Bramante (əsl soyadı Paskuç ço d’Antonio[4]; 1444[1][2][…] – 11 aprel 1514[1][3], Roma, Papa dövləti) — italyan memarı, rəssam və şair.
Donato Bramante | |
---|---|
ing. Donato Bramante | |
| |
Doğum adı | Donato di Pascuccio d'Antonio |
Doğum tarixi | 1444[1][2][…] |
Vəfat tarixi | 11 aprel 1514[1][3] |
Vəfat yeri | |
Milliyyəti | İtalyan |
Fəaliyyəti | memar, rəssam, mühəndis |
Stil | Yüksək İntibah |
Vikianbarda əlaqəli mediafayllar |
Rəssamlıq yaradıcılığına A. Manten yanın güclü təsiri olmuşdur (“İsa rüsvayçılıq dirəyi önündə”, Brera qalereyası, Milan; Berqamoda Palasso del-Podesta və Milanda Kasa-Fontananın fasadlarındakı frizlər; Kasa-Paniqarolada “qədim filosofların” təsvirləri olan divar rəsmləri – hazırda Brera qalereyasındadır). Memarlıq yaradıcılığında L.B. Alberti, L. Laurana və siyenalı sənətkar F.di Corco Martininin təsiri hiss olunur. 1472–99-cu illərdə Bramante Milanda hersoq Lodoviko Moronun xidmətində olmuş, burada Leonardo da Vinçinin yaradıcılığı və L. Paçolinin riyaziyyata dair əsərləri ilə tanış olmuşdur. Bu dövrdə Bramantenin sentrik məbəd binasının və antik nümunələrə əsaslanan memarlıq formaları dilinin yaradılması ilə bağlı olan başlıca yaradıcılıq prin sipləri müəyyənləşmişdir. Onun əsərləri üçün divar səthinə işıq-kölgə hərəkiliyi verən polixroniya və heykəltəraşlıq dekorundan istifadə də səciyyəvidir. Bramante 1499-cu ildə Romaya köçmüş, burada onun yaradıcılığı yetkinlik və daha geniş miqyaslılıq kəsb etmişdir.
Yüksək İntibah memarlığı incisi sayılan və əfsanəyə görə həvari Pyotrun edam olunduğu yerdə (San-Pyetro-in-Montorio kilsəsinin kluatrasında) inşa edilmiş Tempyetto (1502) məbəd-kilsəsi ona məxsusdur. 1503-cü ildən Bramante papa II Yulinin tapşırığı ilə Vatikanda geniş işlər aparmış dır. Ömrünün sonunadək həvarinin qəbri üzərin də əzəmətli sentrik bina kimi düşünülmüş Müq. Pyotrun yeni kilsəsinin tikintisi ilə məşğul olmuşdur (1506–14).
Roma villalarının öyrənilməsinə əsaslanan Vatikanın Belveder və San-Damazo (1503–1505) terraslı həyətləri Bramantenin ən yaxşı əsərlərindəndir. Romada Kançelleriya sarayının tikintisini bitirmiş (1499–1503), Santa-Mariya-della-Paçe kilsəsi həyətinin sıratağını inşa etmişdir. Bramantenin memarlıq fəaliyyəti bir çox memara, dostu Rafael də daxil olmaqla, Mikelancelo və A. Palladioya təsir göstərmişdir. Poetik əsərlərindən dini, məhəbbət və yumoristik mövzularda yazdığı 20-yə yaxın soneti məlumdur.[5]