Palatin antologiyası (lat. Antologia Palatina) və ya Yunanıstan antologiyası (lat. Anthologia Graeca) — X əsr Bizans qrammatiki Konstantin Kefala tərəfindən tərtib edilmiş qədim və orta əsr yunan epiqramlarının toplusu (ümumilikdə təxminən 3,700). Antologiyanın adı onunla izah olunur ki, onun yeganə nüsxəsi Palatin Kitabxanasında (Heydelberq) qorunub saxlanılır.[1]
Palatin antologiyası | |
---|---|
Müəllif | Mirinalı Aqafi |
Orijinalın dili | yunan dili |
Orijinalı | bilinmir |
Kefala uzun illər bu istiqamətdə işlər aparmışdır. Onun kolleksiyasına Qadaralı Meleaqr, Mirinalı Aqafi, Salonikili Filippin antologiyaları bizə məlum olmayan digər kolleksiyalar daxil idi. Buraya həmçinin, Kefalanın Yunanıstan və Kiçik Asiyada geniş səyahət etdiyi xristian məzar daşlarının üzərindəki yazılar da daxildir.