Paleogeomorfoloji tədqiqatlar Azərbaycan Respublikası ərazisinin relyefinin çox qədim və mürəkkəb inkişaf tarixinə malik olduğuna dəlalət edir. Tədqiqatçıların ümumi rəyinə görə ölkənin müasir relyefi neotektonik mərhələdə formalaşmışdır. Lakin son zamanlar aparılmış tədqiqatlara əsasən müasir relyefdə bir sıra relyef formalarının mezozoy erasından etibarən irsi inkişaf etdiyi müəyyən edilmişdir. Odur ki, Azərbaycan Respublikası ərazisinin relyefinin inkişafı tarixində iki — neotektonik dövrə qədərki və neotektonik dövr inkişaf mərhələləri ayrılır.[1]
Paleogeomorfologiya — (rus. палеогеоморфология, ing. palaeogeomorphology) /yun. palaios- qədim və geomorfologiya/ - geomorfologiyanın xüsusi bölməsi, qədim dövrün relyefini, onun mənşəyi, yaşı, morfoloji xüsusiyyətləri, inkişaf tarixi və qanunauyğunluqlarını öyrənir. İ. P. Gerasimova görə Paleogeomorfologiyanın obyekti basdırılmış, görünən və bərpa olunmuş relyefdir.[2]