Paliurus

Qaratikan (lat. Paliurus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinə aid bitki cinsi.

Qaratikan
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 1.5–3 (5) m olan olduqca tikanlı koldur. Bir neçə gövdəyə malikdir, budaqları əyri-üyrü, çılpaq qonur rəngdədir. Yarpaqları 2–4.5 sm, növbəli, elliptik və ya çəpinə yumurtavari, qıraqları xırdadiş mişarvaridir, üstdən çılpaq, tünd yaşıl rəngdə, parıltılı, altdan açıq yaşıldır. Yarpaqlarının saplaqları 10 mm qədər, oturacağında biri düz, digərinin ucu qırmaq kimi əyilmiş iki möhkəm tikan vardır. Xırda, ulduzvari sarımtıl rəngli çiçəkləri, salxımvari qoltuq çiçəkqrupunda birləşmişlər. Meyvəsinin diametri 19–22 (27) mm, 3-yuvalı, 3(2) toxumludur açılmayandır. Yetişdikdə sarımtıl, sonradan açıq- və qonur mixəyi rəngdədir, uzun qanadı dərivari, qıraqları dalğalıdır. Toxumları yumru, bir qədər yastıtəhər, tünd-mixəyi və ya qonur mixəyi rəngdə, parıltılıdır. May-iyunda çiçəkləyir, avqust-oktyabr aylarında meyvə verir.

Yarpaqlarının uzunluğu 2–4,5 sm-dir, növbəli düzülmüşdür, dəyirmi, ellipsvari və ya köndələn-yumurtaşəkillidir, küt və yaxud sivriləşmişdir, qaidə hissəsində dəyirmi və ya dayaz ürəkşəkillidir, kənarları dairəvi xırdamişarvaridir, üst tərəfdən tünd-yaşıl, çılpaq və parlaqdır, alt tərəfdən açıq-yaşıl rəngdədir, üç əsas damarı vardır. Yarpaqların saplaqları qısadır, uznluğu 10 mm-dir, qaidə hissəsi iki ədəd sərt tikanlıdır, onlardan biri düzdür və yuxarıya doğru yönəlmişdir, o birisi isə qarmaqşəkilli aşağıya doğru əyilmişdir.

Çiçəkləri xırdadır, ulduzşəkillidir, sarımtıl rəngdədir və qoltuq salxımşəkilli çiçək qrupunda toplanmışdır.

Meyvəsinin diametri 19–22 (27) mmdir, 3 yuvalıdır, 3 (2) toxumludur, yetişəndə sarımtıl rəngdə olur, daha sonra açıq-qəhvəyi

və qonur-qəhvəyi rəng alır, açılan deyil; halqaşəkilli qanadı qalın dərilidir. Toxumları dəyirmidir, azacıq yastılaşmış, parlaqdır, tündqəhvəyi və ya qonur-qəhvəyi rəngdədir.

Çiçəkləməsi

[redaktə | mənbəni redaktə et]

May-İyun

Meyvə verməsi

[redaktə | mənbəni redaktə et]

(İyul) Avqust-Oktyabr

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Samur-Şabran oval., BQ (Quba), Qobustan, BQ şərq, BQ qərb, Kür-Araz oval., Kür düz., KQ şimal, KQ mərkəzi, KQ cənub, Nax.düz., Nax.dağ.,

Lənk., Muğ.-Lənk. oval. Aşağı, bəzən orta dağ qurşağına qədər (1500 m-ə qədər d.s.y..)

Yaşayış mühiti

[redaktə | mənbəni redaktə et]

Quru daşlı, çınqıllı və gilli yamaclarda və düzənlərdə rast gəlinir. Məhv olmuş meşələrdə cəngəlliklər əmələ gətirir və seyrək arid meşəliyinin tərkibində və kserofit kol cəngəlliklərində rast gəlinir.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Qaratikandan canlı hasar kimi istifadə olunur. Çiçəkləmə zamanı yaxşı bal verən bitkidir, dekorativ koldur, yarpaq və qabığı xalq təbabətində sidikqovucu vasitə kimi istifadə olunub.

Mənşəyi və yayılması

[redaktə | mənbəni redaktə et]

Qaratikan kserofil coğrafi tipinin aralıq dənizi sinfinin aralıq dənizi qrupuna aiddir. Orta Avropa, Aralıq dənizi, Balkan-Kiçik Asiya ölkələri, İran, Ukrayna, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanın Abşerondan başqa bütün botaniki-coğrafi rayonlarında arandan orta dağ qurşağına kimi (dəniz səviyyəsindən 1800 m qədər) rast gəlir.

Ekoloji qrup və bitdiyi yerlər

[redaktə | mənbəni redaktə et]

Kserofitdir, meşə-kol və dağ-kserofit bitkilik tiplərində rast gəlir. Quru daşlı, çınqıllı, qilli yamaclarda və düzənliklərdə çox vaxt cəngəlliklər əmələ bitir.

Kimyəvi tərkibi

[redaktə | mənbəni redaktə et]

Qaratikan saponin, flavonoid, C vitamini, aşı maddələri, alkaloid və steroidlərlə zəngindir.

Təsiri və tətbiqi

[redaktə | mənbəni redaktə et]

Eksperimental və xalq təbabətində, eləcə də Bolqarıstanda geniş tətbiq edilir. Əsasən göz, ağciyər, dəri xəstəliklərinə qarşı və ishal zamanı istifadə olunur. Diuretik, işlədici, büzüşdürücü və hipotenziv təsirə malikdir. İstifadə olunan hissələri. Müalıcə məqsədilə bitkinin yarpaqları, meyvələri, toxumları, kökü və qabığı istifadə edilir.

İstifadə formaları

[redaktə | mənbəni redaktə et]

Dəmləmə və toz (toxumlar).

BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi ovalığı, Qobustanın rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Quru daşlı, çınqıllı, qilli yamaclarda və düzənliklərdə çox vaxt cəngəlliklər əmələ bitir.

Digər faydalı xüsusiyyətləri və istifadəsi

[redaktə | mənbəni redaktə et]

Dekorativ, bal verən və boyaq bitkisidir. Canlı çəpər kimi və yamacları bərkitmək üçün istifadə edilir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]