Bu məqaləni vikiləşdirmək lazımdır. |
Palmali Şirkətlər Qrupu (ing. Palmali Group of Companies) — 1998-ci ildə Türkiyədə yaradılmış və qeydiyyatdan keçmiş, Qara, Aralıq, Xəzər və Baltik dənizlərində yükdaşıması ilə məşğul olan şirkətlər qrupu.[1]
Palmali Şirkətlər Qrupu | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | dənizçilik |
Sənaye | Yükdaşıma |
Təsis tarixi | 1998 |
Rəhbərlik | |
Rəhbərlik | Mübariz Mənsimov |
www.palmali.com.tr |
"Palmali Şirkətlər Qrupu" 1998-ci ildə Türkiyədə yaradılmışdır. Şirkət öz işinə Türk limanlarına baş çəkən gəmilər də daxil olmaqla Bosfor və Dardanel boğazlarından keçən gəmilərə agentlik servisləri göstərərək başlamışdır.[1]
Əməliyyatlar İstanbuldakı baş ofisdən idarə edilir. Qara və Aralıq dənizlərinin aralarındakı daşımacılığın ən əhəmiyyətli olduğu nöqtə kimi İstanbulu əsas korporativ qərarların alınmasına və idarəetmə strategiyalarının reallaşdırılmasına əsas verir. Bundan başqa, gəmi daşımacılığını 100% idarə nəzarət etmək üçün şirkətin Rostov-Don, Volqoqrad, Həştərxan, Moskva, Odessa, Pirey, Salonik, Bakı, Bourgas, Constanta, Malta, Novorosiysk, Peterburq, Ceyhan, Poti, Cenevrə, Sinqapur və İzmir kimi şəhərlərdə yerli ofisləri mövcuddur.[2]
Şirkət ən azı İSO 9001:2000, İSO 14001:2004 və İSM kodun tələblərinə cavab verən menecment sisteminin istismarıyla məşğuldur.[3]